gundem / sosial
9.04.2020
Məcburi köçkünlərə ŞAD XƏBƏR

Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu məcburi köçkün ailələri üçün zəruri sosial-texniki infrastrukturun yaradılmasına dair keçirilən tenderlərin qaliblərini müəyyənləşdirib.
dogruxeber.tv-ın xəbərinə görə, tender komissiyasının qərarına əsasən, Fondun elan etdiyi tenderlərin qalibləri "K.E.-İnşaat" və "Perlit" MMC seçilib. Bu şirkətlərlə ümumi dəyəri 6,76 mln. manatdan çox təşkil edən müqavilələr imzalanıb.
Müqavilələrə görə, "K.E.-İnşaat" şirkəti tərəfindən Füzuli rayonu ərazisində müvəqqəti məskunlaşan məcburi köçkün ailələri üçün zəruri texniki infrastrukturu olan 95 ailəlik qəsəbəsində 50 ədəd, “Perlit” tərəfindən isə 45 ədəd fərdi yaşayış evləri inşa ediləcək.(apa.az)


