İradə Gülməmmədova video-konfrans keçirdi












Abşeron rayonunda xüsusi karantin rejiminin tələblərinin icrasına nəzarət məqsədilə Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovanın inzibati ərazi dairə nümayəndələrinin və bələdiyyə sədrlərinin iştirakı ilə videobağlantı vasitəsilə müşavirəsi keçirilib. Müşavirədə dünyada sürətlə yayılan koronavirus (COVİD-19) pandemiyasından rayon sakinlərinin qorunması istiqamətində həyata keçirilən tədbirlər müzakirə olunub. İ.Gülməmmədova çıxış edərək respublikada koronavirus pandemiyasına qarşı ölkə rəhbərliyi tərəfindən aparılan işlər barəsində məlumat verib. Cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan yeni iş yerləri barəsində danışan icra başçısı bildirib ki, respublikanın bütün bölgələrində olduğu kimi Abşeron rayonunda da işsiz sakinlər işlə təmin olunacaq. Abşeronda bununla bağlı 1900 yeni iş yerinin yaradıldığını və onların 250 manat əmək haqqı ilə 2 ay müddəti üçün nəzərdə tutulduğunu qeyd edən başçı əhalinin işsiz təbəqəsi üçün ayrılan 190 manat məbləğində birdəfəlik yardımla bağlı məlumat verib. O bildirib ki, bu günə qədər rayon üzrə mindən çox sakin işsiz kimi qeydiyyatdan keçib. Xüsusi karantin dövrü başlayandan rayon ərazisində 6000-dən çox ahıl, aztəminatlı sakinin gündəlik ərzaq malları ilə təmin edildiyini söyləyən İ.Gülməmmədova kənd və qəsəbələrdə bundan sonra da imkansız ailələrin qeydiyyatının aparılmasının və onların da ərzaq yardımları ilə təmin edilməsinin vacibliyini qeyd edib. Onun sözlərinə görə, rayon üzrə 179 nəfər 65 yaşından yuxarı kimsəsiz, tənha ahıl qeydiyyata götürülüb və onlara gündəlik olaraq sosial xidmət göstərilir. Rayon ərazisində COVİD-19 infeksiyasına qarşı təmizlik və dezinfeksiya işlərinin bundan sonra da mütəmadi şəkildə davam etdirilməsinin vacibliyi diqqətə çatdıran İ.Gülməmmədova hazırda Saray qəsəbəsində koronavirus pandemiyasına qarşı qabaqlayıcı tədbirlərin görülməsi məqsədi ilə yeni modul tipli 200 çarpayılıq xəstəxananın inşa edildiyini xatırladıb.
Daha sonra kənd və qəsəbələrdə görülən işlər və qarşıda duran vəzifələr müzakirə edilib.
İradə Gülməmmədova video-konfrans keçirdi
İradə Gülməmmədova video-konfrans keçirdi
İradə Gülməmmədova video-konfrans keçirdi
İradə Gülməmmədova video-konfrans keçirdi

Son xəbərlər

Ukrayna ordusuna daha çox əcnəbi könüllülər cəlb olunacaq

Bakı Limanında quru yük aşırılması artıb

Azərbaycanda zəlzələ oldu

Ötən il 2,6 mlrd. manat büdcə vəsaiti banklara yerləşdirilib

Masallıdan nazirə məktub: Əmriniz əleyhimizə çevrilib - BU NƏDİ BELƏ?

Azərbaycanda hər 6 nəfərdən biri məktəblidir - Yeni statistika

İlhamə Quliyevanın bacısı qızı ilk məhkəmədə həbs olundu - FOTO

Yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarının fəaliyyəti ilə bağlı tələblərin pozulmasına görə cərimələr müəyyənləşir

Şuşada bu işləri görmək qadağan edilir

Prezident Putinə məktub göndərdi

Rusiyada boru kəmərində baş verən partlayışda üç nəfər ölüb

"WhatsApp" bu telefonlarda işləməyəcək - Tarix açıqlandı

Azərbaycanda yeni cərimələr müəyyənləşir - 50 min manatadək

Şuşada bu işləri görmək qadağan edilir

Əlilliyi olan 57 min şəxsə reabilitasiya xidmətləri göstərilib

İrandan Azərbaycana PUA ilə narkotik keçirilməsinin qarşısı alındı

Millət vəkili: Azərbaycanın xarici siyasəti qlobal miqyasda sülhü və qarşılıqlı anlaşmanı təşviq edir

Bu barədə yalan məlumat verənlər cərimələnəcək - Yenilənib

Dünya çempionatı açılışında dava düşdü

128 min manatlıq dələduzluq etsə də, məhkəmə zalından azadlığa buraxıldı

“Nar” abunəçiləri üçün eSIM nömrələrdə “Asan İmza” xidməti istifadəyə verildi

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin nümayəndələri üçün ÇİRES-ə infotur təşkil olunub

Bu rayonlarda ehsan LƏĞV EDİLDİ

Bakıda yaşlı kişi dənizdə boğularaq öldü

İrəvan QARIŞDI - MSK binası mühasirəyə alınır

Onlar Azərbaycanın imicinə zərbə vurmağa çalışır...

26 yaşlı oğlan kafedə qətlə yetirilib

DYP-dən “Son zəng”lə bağlı müraciət

İlon Mask tarixdə ilk trilyonçu oldu

Rusiyada kütləvi PUA hücumu: 231 dron vuruldu

Bütün xəbərlər