dunya
29.04.2020
Mən Məsihəm, amma möcüzə bacarmıram

Braziliya Prezidenti Jair Bolsonaru koronavirus qarşısında gücsüz olduğunu bəyan edib.
Bunu Bolsonaru jurnalistlərə açıqlamasında deyib.
“Üzr istəyirəm. Mən, əlbəttə, Məsihəm (Bolsonarunun ikinci adı portuqalca Məsih deməkdir), amma möcüzələr yarada bilmərəm”, – deyə o bildirib.
Bolsonaru koronavirusdan ölənlərin yaxınlarına başsağlığı verib.


