gundem
12.02.2020, 10:26
Çində koronavirusdan ölənlərin sayı 1113 nəfərə çatıb

Çində yeni koronavirusdan ölənlərin sayı 1 113 nəfərə çatıb. Bu barədə Gazeta.ru ölkənin Səhiyyə üzrə Dövlət Komitəsinin saytına istinadən yazıb. Sözügedən statistika 11 fevral çərşənbə axşamı gecə yarısı dərc edilib.
Məlumatda bildirilir ki, hazırda ölkə ərazisində 44 653 nəfər ölümcül virusa yoluxub. Eyni zamanda 8204 nəfərin vəziyyəti ağır qiymətləndirilir.
Həmçinin məlumatda qeyd edilir ki, 4740 nəfər müalicə olunaraq tibb müəssisələri tərk edib.
Xatırladaq ki, 31 dekabr 2019-cu ildə Çinin Hubei əyalətinin Vuhan şəhərində naməlum etiologiyalı sətəlcəm xəstəliyi aşkar olunub. Yanvarın 7-də xəstəliyin törədicisi olan koronavirus 2019-nCoV müəyyən edildi.


