gundem
4.02.2020
Koronavirus dəhşəti davam edir — Çində ölənlərin sayı 425-ə çatdı

Çində koronavirusun indiyədək aşkar edilməmiş ştammına (2019-nCoV) yoluxanların sayı 19 700, bu virus səbəbindən ölənlərin sayı isə 425 nəfərə çatıb.
“DogruXəbər.az ” xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Gigiyena və Səhiyyə üzrə Komitəsi məlumat yayıb.
Məlumata əsasən, virusa yoluxmaqda şübhəli bilinənlərin sayı 21,5 min nəfərdir.
İndiyədək 622 nəfər sağalaraq xəstəxananı tərk edib. Report


