Bakıda postların sayı azalır? - Polkovnikdən CAVAB












Son günlər xüsusən Bakıda karantin rejiminin davam etməsinə baxmayaraq, aktivlik müşahidə edilir. Əsasən də yollarda maşınların sayındakı artım və mərkəzi yerlərdə insan izdihamı nəzərəçarpacaq dərəcədə hiss edilir.

Paytaxt küçə və prospektlərində avtomobil sıxlığının səbəbləri barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov Lent.az -a danışıb. Onun sözlərinə görə, karantin rejiminin yüngülləşdirilməsi normal olaraq, sıxlığın artmasına səbəb olub:
Bakıda postların sayı azalır? - Polkovnikdən CAVAB












“Məlumdur ki, axır vaxtlar karantin rejiminin tələblərində yüngülləşdirmə nəzərdə tutuldu. Bir çox sahələrdə fəaliyyət bərpa edilib və evdən çölə çıxma üçün icazələrin müddəti 1 saat artırılıb. Hazırda avtomobillərin sayının artması gözümüzün öyrəşməsi ilə bağlıdır. İki aya yaxın şəhərin küçələrini boş gördüyümüz üçün indiki vəziyyətə öyrəşə bilmirik. Həm də Bakımız əvvəlki halına doğru gedir. Əslində burada təəccüblü və narahatlıq yaradan bir hiss olmamalıdır. Postların sayında heç bir azalma yoxdur. Nəzarət əvvəlki kimi qalır. Ötən günlərə nisbətən karantin rejiminin pozulması ilə bağlı sürücülərin inzibati məsuliyyətə cəlb olunma halları azalıb. Artıq vətəndaş və polis həmrəyliyi yüksək səviyyədə təşkil olunur. Hər halda Bakı böyük şəhərdir. Bakı deyəndə səs-küylü hərəkət, izdihamlı hallar yada düşür. Bir daha sürücülərə müraciət edirik ki, karantin qaydalarına uyğun davransınlar və buna görə də, cərimələnməklə üzləşməsinlər”.

Şəhərdə izdihamın olması həm də insanların karantin rejiminə əməl etməsinin göstəricisidir. Sosioloq Zəminə Səfərova Lent.az -a danışarkən, əhalinin rejimə daha məsuliyyətlə əməl etməli olduğunu bildirib. Onun sözlərinə görə, Azərbaycanın virusla mübarizədə nümunəvi ölkələr sırasında olması həmrəyliyimizdən xəbər verir:
Bakıda postların sayı azalır? - Polkovnikdən CAVAB



















“Karantin rejiminin hansı mərhələlərlə daha tez yumşalmağa başlanılması və ardıcıllığı hələ ki, dövlət tərəfindən müzakirə olunur. Bu həftədən uzadılmış karantin rejimindən mərhələli çıxış planının detalları məlum olacaq və bu, qarşıdan gələn günlərdə ictimaiyyətə elan ediləcək. Gəlin dövlət tərəfindən görülən işlərin, qoyulan yumşaq qaydaların üstündən xətt çəkməyək. Şərtlərin yumşaldılması heç də əhalidə arxayınlıq yaratmasın. Əks halda bu şərtlər daha da sərtləşdirilə bilər. Bəli bəzi sahibkarlar işə çıxıblar. Həmin sahibkarlar tərəfindən işçilərə nəzarət gücləndirilməlidir. Əgər haradasa boşluq yaransa pandemiyanın yenidən alovlanması baş verəcək.

Baxın aylarla evinə getməyən həkimlərimiz, polislərimiz var. Onları da düşünmək lazımdır. Biz birlikdə güclüyük deyirik, lakin əməllərimizdə də bunu göstəririkmi? O polis də, həkim də bizim ailələrin övladlarıdır. Ölkəmiz metodologiyalarına görə dünyada nümunəvi ölkələr arasında yer tutur. Ölkənin də bu sırada olmasına əhalinin həmrəyliyi səbəb oldu. Odur ki, gəlin bu həmrəyliyin üstündən xətt çəkməyək. Sosial məsafəni saxlamaq və qoyulan qaydalara əməl etmək, gərəksiz halda evdən çıxmamaq, lazımsız səfərlərə çıxmamaq ən azından hər birimizin məsuliyyətidir. Əgər biz bu sadə qaydalara əməl edəriksə belə halda da davam edə bilərik. Əks halda qaydalar daha da sərtləşə bilər və isti havalarda yenidən evdə qalmaq təhlükəsi bizi gözləyə bilər”.

Son xəbərlər

Ukrayna ordusuna daha çox əcnəbi könüllülər cəlb olunacaq

Bakı Limanında quru yük aşırılması artıb

Azərbaycanda zəlzələ oldu

Ötən il 2,6 mlrd. manat büdcə vəsaiti banklara yerləşdirilib

Masallıdan nazirə məktub: Əmriniz əleyhimizə çevrilib - BU NƏDİ BELƏ?

Azərbaycanda hər 6 nəfərdən biri məktəblidir - Yeni statistika

İlhamə Quliyevanın bacısı qızı ilk məhkəmədə həbs olundu - FOTO

Yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarının fəaliyyəti ilə bağlı tələblərin pozulmasına görə cərimələr müəyyənləşir

Şuşada bu işləri görmək qadağan edilir

Prezident Putinə məktub göndərdi

Rusiyada boru kəmərində baş verən partlayışda üç nəfər ölüb

"WhatsApp" bu telefonlarda işləməyəcək - Tarix açıqlandı

Azərbaycanda yeni cərimələr müəyyənləşir - 50 min manatadək

Şuşada bu işləri görmək qadağan edilir

Əlilliyi olan 57 min şəxsə reabilitasiya xidmətləri göstərilib

İrandan Azərbaycana PUA ilə narkotik keçirilməsinin qarşısı alındı

Millət vəkili: Azərbaycanın xarici siyasəti qlobal miqyasda sülhü və qarşılıqlı anlaşmanı təşviq edir

Bu barədə yalan məlumat verənlər cərimələnəcək - Yenilənib

Dünya çempionatı açılışında dava düşdü

128 min manatlıq dələduzluq etsə də, məhkəmə zalından azadlığa buraxıldı

“Nar” abunəçiləri üçün eSIM nömrələrdə “Asan İmza” xidməti istifadəyə verildi

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin nümayəndələri üçün ÇİRES-ə infotur təşkil olunub

Bu rayonlarda ehsan LƏĞV EDİLDİ

Bakıda yaşlı kişi dənizdə boğularaq öldü

İrəvan QARIŞDI - MSK binası mühasirəyə alınır

Onlar Azərbaycanın imicinə zərbə vurmağa çalışır...

26 yaşlı oğlan kafedə qətlə yetirilib

DYP-dən “Son zəng”lə bağlı müraciət

İlon Mask tarixdə ilk trilyonçu oldu

Rusiyada kütləvi PUA hücumu: 231 dron vuruldu

Bütün xəbərlər