gundem / sosial
9.05.2020, 15:04
Tibbi maska satışı yenidən canlandı
![]()
Polisin xəbərdarlığından sonra apteklərdə tibbi maska satışı artıb.
dogruxeber.tv Musavat.az-a istinadən xəbər verir ki, bu gündən etibarən metronun açılması və stansiyalara maskasız girməyin mümkün olmaması ilə əlaqədar da tibbi maskaya tələbat çoxalıb.
Aptek satıcıları bildirib ki, kifayət qədər maska olduğundan, tələbatın artması heç bir problem yaratmır.
Xatırladaq ki, artıq metro stansiyalarında da səyyar formada tibbi maska satışı həyata keçirilir.


