gundem
11.05.2020
Dövlət qurumu təyyarə biletlərinə - 290 MİN MANAT XƏRCLƏYİB

Dövlət Miqrasiya Xidməti təyyarə biletlərinin satın alınması üçün keçirdiyi tenderin qalibini açıqlayıb.
dogruxeber.tv FED.az-a istinadən xəbər verir ki, tenderi "Avia Shop" MMC qazanıb. Dövlət qurumu MMC ilə “hava nəqliyyatından istifadə xidmətlərinin satın alınması” üçün müqavilə bağlayıb. Müqavilənin məbləği 290 manat olub.
Qeyd edək ki, "Avia Shop" MMC 29.12.2019 tarxində Dövlət Miqrasiya Xidmətinin daha bir tenderinin qalibi olmuşdu. Həmin tenderin məbləği 30 min manat idi.


