“Dünya ölkələrinin üçdə ikisi Türkiyədən kömək istəyib” – FUAT OKTAY










Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktay “Cumhurbaşqanlığı Külliyəsi”ndən telekonfrans üsulu ilə qatıldığı bir televiziya proqramında gündəmlə bağlı şərhlər verib.

Türkiyənin COVİD-19-la mübarizəsinin bütün dünyaya nümunə olduğunu söyləyən Fuat Oktay Türkiyənin epidemiyanın gec yayıldığı ölkələrdən biri olduğunu xatırladıb: “Bunun ən böyük səbəblərindən biri gördüyümüz tədbirlərdir. Demək olar ki, heç bir ölkə bu virusdan qaça bilmədi, ancaq biz mümkün qədər az zərər görmək istədik”.

Türkiyə olaraq problem nə qədər böyük olursa olsun, böhranı necə idarə etməyi çox yaxşı öyrəndiklərini və təcrübədən dərs çıxarıldığını dilə gətirən F.Oktay COVİD-19 epidemiyası zamanı “super güc” olaraq tanınan bir çox ölkədə təşviş yaşandığına diqqət çəkərək, Türkiyədə belə bir vəziyyət olmadığını bildirib.

“110 ölkədən 63 min 200 vətəndaşımızı ölkəyə gətirdik” deyən Oktay COVİD-19 epidemiyası yayılmağa başladığından bəri xaricdəki Türkiyə vətəndaşlarının ölkəyə gətirilməsi üçün bir çox tədbir görüldüyünü söyləyib.

O, qeyd edib ki, bir çox ölkə Türkiyədən kömək istəyib:

“Dünya ölkələrinin üçdə ikisi, yəni təxminən 70%-i Türkiyədən kömək istəyib. Maska, kombinezon, əlcək və süni tənəffüs aparatları kimi yardım istəkləri gəlib. Bu günə qədər bizdən yardım istəyən 80 ölkəyə kömək etmək imkanımız oldu”.

COVİD-19 ilə mübarizədə dünyanın ehtiyacı olan süni tənəffüs aparatını Türkiyənin qısa müddətdə istehsal etdiyini vurğulayan Oktay müdafiə sənayesində əldə edilən yüksəlişin səhiyyə və avtomobil sənayesi ilə qatar istehsalında da həyata keçiriləcəyini dilə gətirib.

COVİD-19 epidemiyası dövründə dövlətin xidmətlərində də hər hansı bir əksiklik olmadığını söyləyən Oktay epidemiya ilə mübarizə prosesinin hələ başa çatmadığını qeyd edərək sözlərini belə davam etdirib:

“Artıq heç nə əvvəlki kimi olmayacaq. Dünya “harada qalmışdıq” deməyəcək. “Təchizat zənciri” adlandıra biləcəyimiz hər şeydə fərqli bir formalaşma baş verəcək. Bir az daha sağlamlığa ve təhlükəsizliyə yönəlmiş fərqli strukturlar meydana gələcək. Beləliklə, koronavirusla mübarizəni davam etdirməklə yanaşı, işləri yoluna qoymağa da başlamalıyıq. İqtisadiyyatda və sənayedə də işləri yoluna qoymağa çalışmalıyıq. Buna görə bu normallaşma tədbirlərinə ehtiyac duyduq”.

Hurriyyet.org

Son xəbərlər

Krasnodarda maçete ilə silahlanmış şəxs insanlara hücum edib, ölən və yaralananlar var

"iPhone" və "Samsung": Hansı smartfon daha uzunömürlüdür?

Bakıda Milli Parkın ərazisində meyit tapıldı

"Qarabağ"ın qapıçısı Portuqaliya klubu ilə anlaşdı

Bu ərazilərdə güclü yağış yağacaq - SON DƏQİQƏ XƏBƏRDARLIĞI

Britaniya Ukrayna üçün uzaqmənzilli raketlər hazırlayır

Rafael Fiziyev Bakıda

Aİ Ermənistana ilk yardım tranşını etdi

ABŞ-də Trampın 31 milyon dollarlıq malikanəsi söküləcək

Yevlax sakini Yuxarı Qarabağ su kanalında batıb

Azərbaycanda ictimai iaşə dövriyyəsi 6 %-ə yaxın artıb

Şagirdlər niyə məktəbdəki dərsi mənimsəyə bilmirlər?

Çimərliklərdə gözlənilən hava şəraiti açıqlandı

FHN bir evin inşası, birinin isə təmirinə 170 min manat xərc yazıb

Qrossi: Bu ölkələr də nüvə silahı əldə etmək haqda düşünməyə başlayıblar

Güclü zəlzələ bu ölkənin yerini xəritədə dəyişdirib

Burj Khalifa-nın 16 illik taxtı əldən gedir

Köçəryan MSK-nı məhkəməyə verdi

Kimlər qan üçün donor ola bilməz?

Fransa parlamentində deputatlar üçün narkotik testləri təklifi gündəmə gəlib

Londonda sərnişin təyyarəsində meyit tapıldı

Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək

Masazırda faciə: Ölən var

Boliviyada kütləvi iğtişaşlara görə fövqəladə vəziyyət elan edildi

Nazir Dilqəm Məhərrəmovu bu klinikaya direktor təyin etdi

“AzerGold” QSC-də Somali İnkişaf və Yenidənqurma Bankının baş direktoru ilə görüş keçirilib

"Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov Qax və Zaqatala sakinləri ilə görüşüb

Tramp Netanyahuya qarşı: onlarla gizli danışıq aparır...

Azərbaycan neftinin qiyməti kəskin artdı

Paşinyanın dövründə Ermənistanın dövlət borcu 110% artıb

Bütün xəbərlər