siyaset
15.05.2020, 15:08
Kraliça İlham Əliyevə məktub göndərdi

Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası II Elizabet Azərbaycan Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.
“Qafqazinfo” xəbər verir ki, məktubda deyilir:
“Bu çətin zamanda milli bayramınız - Respublika Günü münasibətilə Zati-alinizə ən səmimi salamlarımı və Azərbaycan xalqına ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram”.


