Qüdrət Həsənquliyev: “Bunlar bir cür düşünür, başqa cür danışırlar”













“Milli Şura üzvlərinin o bədnam videokonfransının bəlli hissəsini mənə də göndərdilər, mən də baxdım. Onları tanımayan orta səviyyəli bir adama desəydin ki, bu video haqqında fikirlərin nədir, deyərdi ki, bir qrup səviyyəsiz adam biabırçı küçə söhbətləri edir”.

dogruxeber.tv bildirir ki, bunu APA -ya açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev deyib.

Q.Həsənquliyevin sözlərinə görə, indi hansısa formada vəziyyətdən çıxmaq üçün iddia edirlər ki, guya o söhbəti hökumətin hakerləri oğurlayıb yayıb: “Əvvəla bu nəyi dəyişir ki? Sən fikirlərini söyləyirsən. Amma növbəti qeyri-səmimilikdir. Çünki Qənimət Zahid danışanların özlərini tam buraxdıqlarını görüb onlara deyir ki, iclas canlı yayıma gedir, sizi canlı dinləyirlər. Yəni, maskalarınızı hissə qapılıb çıxarmısınız. Bundan sonra demək ki, bizim söhbəti oğurlayıb yayıblar, utanmazlığın zirvəsidir.

Onlar söhbət zamanı cinsi azlıqları təhqir edib, Hitlerin onları tam qırıb qurtarılmamasına təəssüf etdiklərini deyərkən yadıma Prezident İlham Əliyevin BDU-nun 100 illiyi ilə əlaqədar çıxışında “Bizim öz milli dəyərlərimiz var” deməsindən sonra ona edilən hücumlar, bir müddət öncə Daxili İşlər naziri Ramil Usubovun göstərişi ilə gecələr yol kənarında dayanıb cinsi xidmət təklif edən bir qrup cinsi azlığın zöhrəvi xəstəliklərin yayılmasının qarşısının alınması üçün saxlanılaraq məcburi tibbi müayinədən keçirilməsini zamanı bunların Azərbaycanda cinsi azlıqların hüquqları pozulur deyib qopartdığı “tufan” düşdü. Onlar beynəlxalq insan hüquqlarını müdafiə təşkilatlarını da DİN-in tam qanuni fəaliyyətini pisləmə kompaniyasına qoşmağa çalışdılar. Prezident dediyi kimi, bizim müsəlman ölkəsi olaraq öz mənəvi dəyərlərimiz olsa da, Azərbaycanda cinsi azlıqlar heç vaxt təqib olunmayıb. Başqa ölkələrdə olduğu kimi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139, 140-cı maddələrində də zöhrəvi xəstəlikləri və İİV-ni yoluxdurmağa görə cinayət məsuliyyəti nəzərdə tutulur. Söylədiyim bu fakt bir daha təsdiq edir ki, hakimiyyətin əməkdaşlıqdan imtina etdiyi üçün zorən müxalifətə çevrilmiş və bu səbəbdən Milli Şuraya (heyf bu addan) toplanmış bu insanlarda şəxsiyyətin ikiləşməsi prosesi gedib.

O bədnam video göstərdi ki, bunlar bir cür düşünür, başqa cür danışırlar. Onların bu miskin durumunu - məişət zorakılığından danışıb evdə arvad-uşağa divan tutmaq, cinsi azlıqların hüquqlarından danışıb onların güllələnməməsinə təəssüf etmək - xaricdəki himayədarları da gördü. Bu hadisədən sonra düşündüm ki, ən azından bir müddət camaat qaşısına çıxmazlar. Amma yox, bunlar rəzil duruma düşməklərinə ağlamaq əvəzinə, yenə xalqımızın pozulan hüquqlarından danışırlar. Yəqin bir gün də xalqımız haqqında nə düşündükləri Allahın hökmü ilə üzə çıxar”.

Son xəbərlər

Prezidentdən Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA

Səhər saatlarında dəhşətli qəza: Bir ailənin 4 üzvü...

Azərbaycanla sərhəddə “həyəcan siqnalı”: Təlim...

Rusiyadan İrana uçuşlara qadağa qoyuldu

Köçəryan ölkədən qaçmaq istədi

Avropanın dörd ölkəsi İrana qarşı sanksiyaların ləğvini nəzərdən keçirirlər

Abşeron rayonunun tam orta məktəblərində “Son zəng” tədbirləri keçirilib

Sumqayıtda Milli Qurtuluş Günü qeyd olundu – FOTOLAR

Ərdoğan Türkiyənin yeni hədəfini açıqladı

Ərdoğan Türkiyənin yeni hədəfini açıqladı

Nyu-York birjasında təbii qaz yenidən bahalaşıb

Zaqatalada iki nəfəri ilan sancdı: ölən var

Kılıçdaroğlu mənə bunu deyə bilməz, başına oyun açaram…

Telefonların bu funksiyalarından çoxları xəbərsizdir

Özbəkistan Misirlə daha güclü iqtisadi əlaqələr qurmaq istəyir

Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanıldı

Tut ağacından yıxılıb öldü

Zərdab xəstəxanasından 240-dan çox saxta göndəriş verilib - Araşdırma BAŞLANILDI

Əfqanıstanda qadınların etiraz aksiyalarını yatırmaq üçün hərbi texnika cəlb edildi

Azərbaycanlı mollalar kütləvi qətlə yetirilir - ŞOK

“Bir plus” mağazasından şikayət: Nasaz məhsullar satılır?

Litvada həyəcan siqnalı: qırıcılar havaya qaldırıldı

Yatmağı çox sevən 4 bürc açıqlandı

Həyətində bu bitkilər olanın evinə həşərat girmir

Polad Həşimovun oğlu Teymur da məktəblə vidalaşdı - FOTO

Keçmiş məhkum Nərimanovda 5 min dollar oğurladı - Saxlanıldı

Türkiyədə Azərbaycan vətəndaşından külli miqdarda narkotik götürüldü

Tutun bilinməyən zərərləri - Kimlər bu meyvəni yeməməlidir?

Su polisi Hövsanda qanunsuz balıq ovu ilə məşğul olan şəxsi saxlayıb

Dövlət Xidməti Gədəbəydə gənclər üçün tədbir keçirdi

Bütün xəbərlər