hadise
16.05.2020
SON DƏQİQƏ: Azərbaycanlı iş adamı koronavirusdan öldü - FOTO

İsveçdə yaşayan soydaşımız koronavirusdan dünyasını dəyişib.
dogruxeber.tv Metbuat.az-a istinadən xəbər verir ki, bu barədə “Ölkə.Az”a İsveçdə yaşayan soydaşımız Teymur Eminbəyli məlumat verib. Onun sözlərinə görə, dünyasını dəyişən şəxs 60 yaşlı Məhərrəm Hüseynovdur. Əslən Salyan rayonundandır və 2004-cü ildən İsveçdə məskunlaşıb. M. Hüseynovun tikinti firması olub.
T.Eminbəylinin dediyinə görə, M. Hüseynov 2 aya yaxın idi ki, COVİD-19 virusundan xəstəxanada müalicə alırdı. Vəziyyəti ağır idi və ötən gecə dünyasını dəyişib.


