Həbsdən çıxan məmur niyə “kral kimi” yaşayır?




Korrupsioner məmurların bəzisi cəzasını çəkib, azadlığa çıxdıqdan sonra rüşvət yolu ilə əldə etdikləri mülklərində yenidən oliqarx həyatı yaşamağa davam edirlər. Bu vəziyyət onların əmlaklarının müsadirə olunması məsələsini gündəmə gətirir.

Ümumiyyətlə, rüşvətə görə həbs edilən bu məmurların mülklərinin müsadirə olunması prosesi necə həyata keçirilir? Necə olur ki, onlar həbsdən çıxandan sonra rüşvət yolu ilə taladıqları sərvətdən gen-bol istifadə edə bilirlər?

Məsələ ilə bağlı Axar.az-a açıqlama verən hüquqşünas Səməd Vəkilov bildirib ki, cinayət hadisəsinin predmeti olmuş əmlak cinayət qanunvericiliyinə əsasən müsadirə olunur.

"2012-ci ildə Cinayət Məcəlləsinə edilmiş dəyişikliklə əlaqədar əmlakın müsadirə edilməsi cəza növü kimi Məcəllədən çıxarılıb. Yalnız cinayətin predmeti olan əmlakın müsadirə olunması nəzərdə tutulur. Hazırda həbs edilən vəzifəli şəxslərin cinayət yolu ilə əldə etdikləri əmlakın taleyinə gəldikdə isə onu qeyd edim ki, əgər həmin vəzifəli şəxsin hərəkətlərindən zərər çəkmişlər sırasında fiziki şəxslər də varsa, bu cinayət hadisəsi kompleks araşdırılaraq, həmin şəxslərin zərərinin ödənilməsinə yönəldilməlidir. Bu cinayət qanunvericiliyində vəzifə olaraq istintaq orqanına tapşırılıb. İstintaq orqanının vəzifəsi həmin zərərin ödənilməsi ilə bağlı tədbir görməkdir. Lakin burada bir nüansı da qeyd etmək lazımdır. Əgər bu cinayət hadisəsi nəticəsində yalnız dövlət zərər çəkibsə, bu halda dövlət o şəxsin əmlakının müsadirə edilməsi ilə bağlı məsələ qaldırıla bilər. Cinayət törətmiş şəxsin məhkəmə hökmü ilə hər hansı cəzanı çəkməsi onu zərərin ödənilməsi öhdəliyindən azad etmir”, - S.Vəkilov bildirib.

Hüquqşünas qeyd edib ki, vurulmuş zərər tam ödənilməlidir:

"Hazırda həbs edilən vəzifəli şəxslərin əməlləri araşdırılarkən çirkli pulların yuyulması və digər pozuntular da aşkar edilə bilər. Bu halda cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunun müddəaları da tətbiq edilməlidir”.(Xeberekspress.az)

Son xəbərlər

Küveyt İrana xəbərdarlıq etdi

Saakaşvilidən müharibə xəbərdarlığı: Bakı buna icazə verməyəcək

Prezident İlham Əliyev: Zəngəzur dəhlizi mütləq inşa ediləcək

Bakıda evdən 6 min dollar oğurlayan usta saxlanıldı

Qəbul imtahanının 2-ci cəhdinə qeydiyyat başladı

Dollar almaq istəyənlərin NƏZƏRİNƏ

Prezident Qurban Qurbanovu təltif etdi

Qubanın 3 kəndinin adı dəyişdirildi

Yaşla əlaqəli beyin iltihabının müalicəsi tapıldı

Nyu-Cersidə miqrant mərkəzi ətrafında məhdudiyyətlər genişləndirilib

Peykdən birbaşa telefona internet – ölkə texnologiyada yeni mərhələyə keçdi

Bu marşrutun bütün avtobusları yenilənir

Myanmanın şimal-şərqində partlayıcı maddə anbarında partlayış nəticəsində onlarla insan həlak olub

Maşın alıb-satanlara bazardan SON XƏBƏR

Azərbaycan üzərindən daha bir ticarət yolu – Rusiya milyardlar itirəcək

"Makedon" vəfat etdi

Yol Polisindən müraciət

Yaxın vaxtlarda Bakı ilə bu işlərə başlayacağıq - Paşinyan

Netanyahu şirkət rəhbərini milli təhlükəsizlik müşaviri təyin etdi

“Hizbullah” İsrail ərazisinə 20-dən çox raket atdı

Stalinin gizli zirzəmisi açıldı - 40 min şüşə nadir şərab hərraca çıxarılır

Sabahdan gömrük bağlamalarını bəyan etməyin qaydası dəyişir

Pezeşkian İrandakı son durumdan danışdı

Azərbaycan cüdoçuları Avropa Kubokunun son günündə dörd medal qazanıblar

Tramp İrana daha sərt şərtlər irəli sürdü

KİV: Xərçəng əleyhinə vaksinin sınaqları görünməmiş nəticələr göstərib

Əlcəzair Azərbaycanla strateji enerji əməkdaşlığı müqaviləsini ratifikasiya edib

Bu halları görsəniz, demək ki, telefonunuz izlənilir

Ayın 31-də yağış intensivləşəcək, dolu düşəcək - PROQNOZ

№1 Çörək Zavodunun şirniyyatlarını kif basıb – İstifadə müddətinə aldanmayın

Bütün xəbərlər