hadise / dunya
23.05.2020, 15:25
NBA əfsanəsi də koronavirusa yoluxdu

Amerika Basketbol Liqası (NBA) komandalarından "Nyu-York Kniks"in əfsanə oyunşçusu Patrik Evinq yeni növ koronavirusa yoluxub.
dogruxeber.tv Metbuat.az-a istinadən xəbər verir ki, basketbolçu özü testinin pozitiv çıxdığını açıqlayıb. O, özünün "Tvitter" hesabında etdiyi açıqlamada qeyd edib:
"Bu virusa ciddi yanaşılmalıdır. Səhiyyə işçiləri və virusla ön cəbhədə mübarizə aparanlara təşəkkür edirəm. Sağalacağam və bunun öhdəsindən gələcəyik".


