dunya
26.05.2020, 17:59
Bombalı hücum: Polis rəisi öldürüldü

Yəmənin Hadraməvt vilayətində Şibam rayonunun polis rəisi Salih Əli Cabirə bombalı hücum edilib.
dogruxeber.tv Axar.az-a istinadən xəbər verir ki, partlayıcı polis rəisinin avtomobili keçən zaman işə düşüb.
Hadisə nəticəsində rəis və 4 cangüdəni həlak olub.
Hələlik heç bir qruplaşma hücumu üzərinə götürməyib.


