36 ölkə müraciət etdi: Borclar ertələnsin










Hazırda G20 qrupuna sədrlik edən Səudiyyə Ərəbistanının Maliyyə Nazirliyi bildirib ki, COVID-19 pandemiyasına qarşı mübarizə və iqtisadiyyatın dirçəldilməsi məqsədilə 36 ölkə borclarının ertələnməsi üçün bu təşkilatın katibliyinə müraciət edib. Krallığın Maliyyə naziri bu məlumatı G20 ölkələrinin maliyyə məsələləri üzrə işçi qrupunun virtual iclasında verib.

G20 ölkələri qrupunun nəzdində yaradılmış Borc Xidmətlərinin Dayandırılması Təşəbbüsü (DSSI) ağır sosial-iqtisadi vəziyyətə düşmüş ölkələrə təcili yardım göstərilməsi məqsədilə artıq 14 milyard dollar həcmində vəsait ayırıb. Qeyd olunub ki, BMT-nin də müraciətinə uyğun olaraq, Afrika ölkələrinin dövlət borclarının ertələnməsi prioritet vəzifədir.

Səudiyyə Ərəbistanı G20-nin sədri kimi BMT-nin təşəbbüsü ilə keçirilən “COVID-19 pandemiyası dövründə və sonra inkişafın maliyyələşdirilməsi” adlı virtual iclasda da pandemiyadan sonra qlobal iqtisadiyyatın dirçəldilməsi, maliyyə problemlərinin həlli məsələlərinin müzakirəsində iştirak edib. Krallığın Maliyyə naziri Məhəmməd əl-Cədaan bildirib ki, onun ölkəsi bu məqsədlə beynəlxalq təşkilatlara 500 milyon dollar ayırıb. O əlavə edib ki, pandemiya ilə mübarizəyə əlavə 8 milyard dollar vəsait tələb olunur. Əl-Cədaan varlı ölkələri bu ağır vəziyyətdə Afrika və Latın Amerikası dövlətlərinə yardım etməyə çağırıb.

Son xəbərlər

“Nar” abunəçiləri üçün eSIM nömrələrdə “Asan İmza” xidməti istifadəyə verildi

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin nümayəndələri üçün ÇİRES-ə infotur təşkil olunub

Bu rayonlarda ehsan LƏĞV EDİLDİ

Bakıda yaşlı kişi dənizdə boğularaq öldü

İrəvan QARIŞDI - MSK binası mühasirəyə alınır

Onlar Azərbaycanın imicinə zərbə vurmağa çalışır...

26 yaşlı oğlan kafedə qətlə yetirilib

DYP-dən “Son zəng”lə bağlı müraciət

İlon Mask tarixdə ilk trilyonçu oldu

Rusiyada kütləvi PUA hücumu: 231 dron vuruldu

Azərbaycana güclü istilər gəlir: Temperatur 40 dərəcəyə çatacaq

Pensiyanız arta bilər - Çoxunun bilmədiyi hesablama

Həftəsonu 15 min 700-dən çox bakalavr imtahan verəcək

Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub

Rusiyanın səfiri İrəvana qayıtdı: Moskvada hansı təlimatlar alıb?

Şuşa Bəyannaməsi Cənubi Qafqazda yeni təhlükəsizlik və əməkdaşlıq modelinin əsasını yaradıb

Bakı Metropoliteni yay qrafikinə keçid edir

Azərbaycanda qida məhsulları ucuzlaşıb

Hakan Fidandan Vaşinqton və Tehrana hədəfli çağırış: "Proses alt-üst oldu"

Sosial şəbəkələrdə mənə qarşı şantaj tipli yazılar yazmağa başladılar – Psixoloq

Türkiyə anons etdi: Ermənistanla sərhədlər açılır, ticarət milyarda yüksələcək

Saxta pilot hər kəsi aldatdı - 17 il sənədsiz uçuş etdi

“Qarabağ” Bikalyo ilə müqavilənin detallarını açıqladı

"Bu, bankların kredit verməsini asanlaşdıracaq" - İqtisadçı

Daha bir həkim dünyasını dəyişdi - FOTO

Türkiyə və Bolqarıstan sərhəddə yeni keçid məntəqəsi yaradacaq

Gəmiyə hücumda həlak olanlar dəfn edildi

Paşinyan yeni hökumətlə bağlı müzakirələrə başladı

Məhərrəm ayının və Aşura Gününün vaxtı açıqlandı

Azay Möhnətov kimdir? — "İlyasın kafesi" “AF Mall”la necə "qohum"dur? -DETALLAR

Bütün xəbərlər