"Azəriqaz"dan xəbərdarlıq - ''Qazsız qala bilərsiniz''














Smart-kart tipli sayğacları olan “Azəriqaz” abonentləri, kim ki bilir vəsaitləri azdır və bitə bilər, onlar kartlarına iki günlük balans yükləsinlər.

dogruxeber.tv bildirir ki, bunu Metbuat.az-a açıqlamasında "Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərov deyib. Onun sözlərinə görə, hər kəs öz sayğaclarındakı balansı bilir və ona görə də, tədbirli olmalıdırlar:“Biz bunu bir müraciət kimi ünvanlayırıq, hər hansısa ajiotaj yaratmaq üçün demirik. Hər halda hər bir kəs öz ailə büdcəsini bilir və öz sayğacına nəzarət edir. Ona görə də, şəhərin bir çox nöqtələrində ödəniş terminalları var, hər bir kəsdən çox xahiş edirik, bu günün sonuna qədər öz kartlarının balansını artırsınlar”.

C.Səfərov qeyd edib ki, qurum şənbə və bazar günləri iş başında olacaq, ancaq Nazirlər Kabinetinin də qərarında göstərildiyi kimi işçilərin sayı məhdudlaşdırılacaq:

“"Azəriqaz" İstehsalat Birliyi qaz təhcizatını həyata keçirən bir təşkilat olduğu üçün digər kommunal sektorlarla birlikdə bu günlərdə çalışacaq. Şənbə və bazar günləri iş başında olacağıq, ancaq çox məhdud sayda. Çünki qərarın özündə də qeyd olunur və quruma gələn rəsmi məktubda da öz əksini tapıb ki, sırf abonentlərin qazsız qalmamaları üçün zəruri olan işçilər, xüsusən də qəza xidmətinin əməkdaşları iş başında olmalıdırlar. Bununla yanaşı 104/185 saylı Çağrı Mərkəzi işləyəcək, abonentlərdən gələn hər hansı qəza hadisəsi ilə bağlı müraciətləri qəbul edəcəklər. Bundan başqa daim aktiv rejimdə olan 077-310-41-04 mobil nömrəsi var ki, "whatsapp" üzərindən səsli, görüntülü müraciətlər də qəbul olunacaq”.

Son xəbərlər

Ukrayna ordusuna daha çox əcnəbi könüllülər cəlb olunacaq

Bakı Limanında quru yük aşırılması artıb

Azərbaycanda zəlzələ oldu

Ötən il 2,6 mlrd. manat büdcə vəsaiti banklara yerləşdirilib

Masallıdan nazirə məktub: Əmriniz əleyhimizə çevrilib - BU NƏDİ BELƏ?

Azərbaycanda hər 6 nəfərdən biri məktəblidir - Yeni statistika

İlhamə Quliyevanın bacısı qızı ilk məhkəmədə həbs olundu - FOTO

Yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarının fəaliyyəti ilə bağlı tələblərin pozulmasına görə cərimələr müəyyənləşir

Şuşada bu işləri görmək qadağan edilir

Prezident Putinə məktub göndərdi

Rusiyada boru kəmərində baş verən partlayışda üç nəfər ölüb

"WhatsApp" bu telefonlarda işləməyəcək - Tarix açıqlandı

Azərbaycanda yeni cərimələr müəyyənləşir - 50 min manatadək

Şuşada bu işləri görmək qadağan edilir

Əlilliyi olan 57 min şəxsə reabilitasiya xidmətləri göstərilib

İrandan Azərbaycana PUA ilə narkotik keçirilməsinin qarşısı alındı

Millət vəkili: Azərbaycanın xarici siyasəti qlobal miqyasda sülhü və qarşılıqlı anlaşmanı təşviq edir

Bu barədə yalan məlumat verənlər cərimələnəcək - Yenilənib

Dünya çempionatı açılışında dava düşdü

128 min manatlıq dələduzluq etsə də, məhkəmə zalından azadlığa buraxıldı

“Nar” abunəçiləri üçün eSIM nömrələrdə “Asan İmza” xidməti istifadəyə verildi

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin nümayəndələri üçün ÇİRES-ə infotur təşkil olunub

Bu rayonlarda ehsan LƏĞV EDİLDİ

Bakıda yaşlı kişi dənizdə boğularaq öldü

İrəvan QARIŞDI - MSK binası mühasirəyə alınır

Onlar Azərbaycanın imicinə zərbə vurmağa çalışır...

26 yaşlı oğlan kafedə qətlə yetirilib

DYP-dən “Son zəng”lə bağlı müraciət

İlon Mask tarixdə ilk trilyonçu oldu

Rusiyada kütləvi PUA hücumu: 231 dron vuruldu

Bütün xəbərlər