İmtahan vaxtı erotik film izləyən professor istefa verdi

Tələbələri imtahanda olduğu müddətdə cinsi məzmunlu film izləyən professor istefa verib.
dogruxeber.tv Yenisabah.az-a istinadən xəbər verir ki, videonu tələbələrdən biri paylaşıb, daha sonra görüntülər sosial şəbəkədə yayılıb. İddialara görə, Atılım Universitetinin Biznesin İdarə Edilməsi fakültəsinin dekanı professor Hasan Kaval filmi 40 tələbəsinin onlayn imtahanda olduğu vaxt izləyib. Bu iddiaları qəbul etməyən professor məsələ ilə bağlı açıqlama verib: "Hadisə tamamilə səhv anlaşılır və olduqca şişirdilib. Cinsəl məzmunlu film izləmək deyə bir şey yoxdur. Tələbələrdən biri sual verdi və ona baxmaq üçün "Zoom"dan çıxdım. Bu zaman ortaya reklam çıxıb. Onun nə olduğunu anlamağa çalışan zaman uşaqlar qeyd edib. O, bir "pop up" reklamı idi. İlk dəfə belə bir şey oldu, mən də çox təəccübləndim. Bir gün əvvəl "Netflix"də film izləyirdim, sıxıldım, çıxış verməyi unutmuşam. O film bağlananda bu reklam gəlirmiş. Amma elə təqdim ediblər ki, guya mən cinsi məzmunlu film izləmişəm".
Baş verənlərdən sonra isə universitetin rektoru Yıldırım Üçtuğ açıqlama verərək, universitetin idarə heyyətinin hadisədən xəbərdar olduğunu və professorun istefa verdiyini diqqətə çatdırıb.


