ABŞ və Kanadada məscidlərdə yenidən cümə namazları qılınıb












Aylar sonra dünyanın bir sıra ölkələrində olduğu kimi ABŞ və Kanadanın ştatlarında da məscidlərdə ilk cümə namazı qılınıb.
dogruxeber.tv xarici KİV-ə istinadən xəbər verir ki, həmin məscidlərin koronavirus epidemiyası ilə mübarizə çərçivəsində istifadəsi dayandırılıb. ABŞ-da COVID-19-dan ən çox təsirlənən ikinci ştat Nyu-Cersi olduğu üçün mart ayının ikinci həftəsindən etibarən məscidlərin istifadəsinə qadağa qoyulub. Tinek qəsəbəsində yerləşən “Darül İslah” məscidində uzun müddətdən sonra ilk dəfə cümə namazı qılınıb. Məscidlərə ibadət üçün gələnlərə dini təşkilatlar tərəfindən əvvəlcədən qoyulan qadağa və qaydalara tam əməl olunub. Qaydalara görə namaz üçün səf tutanlar sosial məsafə aralığına diqqət edib. İbadət üçün məscidlərə üz tutanlar maska taxıblar və səccadələrini ayaqqabılarını qoyacaqları çantaları özləri ilə gətiriblər. Həmişəkindən fərqli olaraq məscidə gələnlər çıxış vaxtı bir-birləri ilə qucaqlaşaraq görüşməyiblər. 14 yaşdan aşağı və 70 yaşdan yuxarı yaşda insanların məscidə gəlməsinə izin verilməyib. Bundan əlavə son 30 gün ərzində COVID-19 testi müsbət çıxanlar da məscidə gəlməyib.
Kanadanın Hamilton şəhərindəki “Mountain” məscidində də uzun vaxtdan sonra ilk dəfə cümə namazı qılınıb. Hamilton Müslümanlar İctimai Birliyinin başçısı Cavid Mirzə açıqlamasında insanları qaydalara əməl etməyə dəvət edərək qeyd edib ki, ibadət üçün gəlmək istəyənlər siyahıya alınıb. 2 min nəfərlik məscidə cəmi 400 nəfərin gəlməsinə icazə verilib. Bu səbəbdən namaz 3 dəfəyə qılınıb. Birliyin başçısı həmçinin bildirib ki, məscidlər cümə namazları ilə yanaşı 5 vaxt namaz üçün də istifadəyə verilib.
ABŞ və Kanadada məscidlərdə yenidən cümə namazları qılınıb

Son xəbərlər

Argentina və Fransa növbəti oyunlarına çıxacaqlar

Azərbaycan Gürcüstandan avtomobil idxalını 2 dəfəyə yaxın azaldıb

“Tehran bir sıra məsələlər üzrə razılıq əldə edib”

Gəncədə ağlasığmaz dələduzluq: Maşını lombarda qoydu…

Nazir Fərid Əhmədovdan QƏRAR - Xüsusi icra sistemi ilə bağlı

Ukrayna ordusu Moskva vilayətində kosmik rabitə mərkəzinə dron zərbəsi endirib

Restoranda özünü polis kimi təqdim edən şəxs həbs olunub

Azərbaycanda qadınların pensiya yaşı artırılır – gələn həftədən

Futbol necə yaranıb? – Dünyanın ən populyar idmanının tarixi

Özbəkistan Prezidenti Azərbaycanın səfirini qəbul edib

Yeni Android smartfonu alanda dərhal dəyişdirməli olduğunuz 4 parametr

Sibirdəki türklər: Rusiya bizi ölümə göndərir

Moskvanın bütün aeroportlarında uçuşlar dayandırıldı

Salyanda yol qəzasında 5 nəfər xəsarət alıb

Sabah qaz kəsiləcək - Bu ərazilərdə

Xalq artistinin bacısı və qardaşı ürək əməliyyatı keçirdi

Berdiməhəmmədov Zəfər parkını ziyarət etdi

Numan Kurtulmuş Azərbaycana gələcək

Bu həftə 4 gün işləyəcəyik

Azərbaycan-Türkmənistan sənədləri mübadilə olundu

Starmer istefa verdi

Xətai rayonunda konsert keçirilib

Azərbaycan Türkmənistana tanker hədiyyə etdi

Cinayət törədən 83 nəfər saxlanıldı

Qızına elçi düşən şəxsi döyərək öldürdü

Aqil Şirinov: Bu il İlahiyyat İnstitutundan 59 tələbə məzun olur

Susuz qalan paytaxt, cavabsız suallar və idarəetmənin görünən nəticələri

Krımda su qıtlığı yaşanır...

Anomal istilərə görə bu ölkədə 845 məktəb bağlanacaq

Qətərdə partlayış oldu

Bütün xəbərlər