sosial / hadise
16.06.2020
Kür çayında batanların kimliyi bilindi - YENİLƏNİB

Kür çayının Tovuz rayonundan keçən hissəsində batan iki nəfərin kimliyi məlum olub.
dogruxeber.tv xəbər verir ki, onlar 1986-cı il təvəllüdlü İsmayılov Abbas Hüseyn oğlu və 1974-cü il təvəllüdlü Həsənov Namiq Əli oğludur.
Kür çayının Tovuz rayonundan keçən hissəsində iki nəfər batıb.
Report-un məlumatına görə, çayın rayonun Hümanlılar kənd ərazisindən keçən hissəsində iki nəfərin suda boğulduğu bildirilir. Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub.
Hadisənin təfərrüatı araşdırılır.


