sosial
20.06.2020, 12:47
Bəzi dərmanların qıtlığı yaranır - Yaqut Qarayeva

Son günlər bəzi dərmanların qıtlığı yaranır.
dogruxeber.tv xəbər verir ki, bunu TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva Operativ Qərargahın bugünkü brifinqində deyib:
"Lakin TƏBİB olaraq xəstəxanaları bütün dərmanlarla təmin edirik. Apteklər üçün dərman təminatı bizim öhdəliyimizdə olmasa da, sahibkarlara bunun üçün müraciət etmişik".
O əlavə edib ki, epidemioloji vəziyyət yaxşı olmadığı halda vətəndaşları müxtəlif kənd və rayonlara buraxa bilmərik:
"Bu mexanizmlər tam şəkildə qəbul olunmadığı zamanda, bunu etmək mümkün deyil. TƏBİB olaraq xaricdən gələn vətəndaşların karantində qalmasını və zəruri müalicəsi aparıldıqdan sonra evə buraxılmasını təmin edirik".
(Aqreqrator.az)


