idman
26.06.2020
“Sabah” qapıçısı ilə müqaviləni uzatdı

"Sabah" klubu qapıçısı Saşa Stamenkoviçlə yeni müqavilə imzalayıb.
dogruxeber.tv "Qafqazinfo" a istinadən xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Bildirilib ki, serbiyalı qolkiperlə müqavilə müddəti bir illik uzadılıb.2018-ci ildən “Sabah”ın uğurları üçün çalışan Stamenkoviç, oyun sayına görə klubun rekordçusudur. Saşa ümumilikdə 46 matçda (42 Premyer Liqa, 4 ölkə kuboku) iştirak edib.


