sosial / hadise
27.06.2020
Bakıda beşmərtəbəli binada yanğın oldu

Bakıda yaşayış binasında yanğın hadisəsi baş verib.
dogruxeber.tv bildirir ki, bu barədə Oxu.Az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.Bildirilib ki, hadisə Nəsimi rayonunda qeydə alınıb.
Belə ki, beşmərtəbəli yaşayış binasının ikinci mərtəbəsində ümumi sahəsi 35 m² olan 2 otaqlı mənzildə ev əşyaları 5 m² sahədə yanıb. Mənzil yanğından mühafizə olunub.
Yanğın söndürülüb.


