AERA bu il 431 texniki yoxlama aparıb













Bu ilin birinci yarısında Energetika Nazirliyinin tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyi (AERA) tərəfindən 431 texniki yoxlama aparılıb.

dogruxeber.tv bildirir ki, Energetika Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, büdcədən maliyyələşən istehlakçılarda elektrik qurğularının texniki istismar, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasının və elektrik enerjisindən istifadənin vəziyyəti ilə bağlı 219, büdcədən maliyyələşən müəssisələrdə qazdan səmərəli istifadənin, “Qazdan istifadə Qaydaları”nın və qaz qurğularının etibarlı istismarının təmin edilməsinin, həmçinin, müvafiq sahəyə dair digər normativ hüquqi aktların tələblərinə əməl olunmasının vəziyyətinin araşdırılması məqsədi ilə isə 212 texniki yoxlama aparılıb.

Məlumata əsasən, yoxlamalar zamanı aşkar edilmiş pozuntularla əlaqədar cavabdeh şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinin tələblərinə uyğun olaraq inzibati xəta haqqında protokollar tərtib olunub və pozuntuların aradan qaldırılması üçün icrası məcburi olan göstərişlər verilib.

Elektrik enerjisi təchizatı sahəsində yeni, yaxud yenidən qurulan, həmçinin enerji təchizat sxemini dəyişən 98 tikinti obyektinin xarici elektrik qurğularına istismara buraxılış aktı verilib, müxtəlif tikinti obyektinin elektrik enerjisi ilə təmin edilməsinə dair 121 sayda elektrik qurğularının layihə sənədləri ekspertiza olunaraq razılaşdırılıb, 43 sayda layihə sənədlərində isə aşkar olunmuş çatışmazlıq səbəbindən razılaşdırılmasından imtina edilib.

Hesabat dövründə təbii qaz istehlakçılarının təqdim etdikləri 271 sayda razılaşdırılmış layihəyə uyğun olaraq, tikintisi başa çatdırılmış sənaye qaz qurğularının istismarına icazə verilib. 1 688 sayda tikinti obyektlərinin qaz təchizatı üçün hazırlanmış layihə sənədləri ekspertiza olunaraq razılaşdırılıb, 38 sayda layihə sənədlərində isə aşkar olunmuş çatışmazlıq səbəbindən razılaşdırılmasından imtina olunub.

Agentlik tərəfindən aparılmış araşdırmalar nəticəsində ümumilikdə 10 obyektin elektrik qurğu və avadanlıqları “Elektrik enerjisindən istifadə Qaydaları”nın, 3 obyektin isə qaz qurğularının “Qazdan istifadə Qaydaları”nın tələbləri pozulmaqla texniki sənədləşdirmə aparılmadan elektrik enerjisi və qazpaylayıcı şəbəkələrinə qoşulduğu aşkar edilib. Bununla bağlı enerji təchizatı müəssisələrinə və qazpaylayıcılara göstərişlər verilib və müvafiq tədbirlər görülməklə obyektlərin sənədləşməsi təmin olunub.

Bu dövrdə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri üzrə Agentliyin filialları tərəfindən ümumilikdə 115 sayda inzibati xəta haqqında protokol tərtib edilib. “Azərenerji” və “Azərişıq” ASC-nin nümayəndələrinin iştirakı ilə 23 hesablaşma elektrik sayğacının texniki vəziyyətinə baxış keçirilib, cərəyan transformatorlarının sxemləri və əmsalları yoxlanılaraq möhürlənib və sayğacların kompüterlə oxunması həyata keçirilib.

İstehlakçıların müraciəti əsasında hesabat dövrü ərzində 61 müəssisədə 290 nəfər olmaqla elektrik təsərrüfatlarına cavabdeh şəxslərin və təhlükəsizlik texnikası üzrə mühəndislərin əməyin mühafizəsi norma və qaydaları, texniki istismar, texniki təhlükəsizlik, yanğın təhlükəsizliyi qaydaları üzrə peşə bilikləri yoxlanılıb, yoxlama nəticəsində biliklərin artırılması üzrə Agentlik tərəfindən təkliflər verilib və bu istiqamətdə müvafiq şəxslərə metodiki yardım göstərilib.

Son xəbərlər

Argentina və Fransa növbəti oyunlarına çıxacaqlar

Azərbaycan Gürcüstandan avtomobil idxalını 2 dəfəyə yaxın azaldıb

“Tehran bir sıra məsələlər üzrə razılıq əldə edib”

Gəncədə ağlasığmaz dələduzluq: Maşını lombarda qoydu…

Nazir Fərid Əhmədovdan QƏRAR - Xüsusi icra sistemi ilə bağlı

Ukrayna ordusu Moskva vilayətində kosmik rabitə mərkəzinə dron zərbəsi endirib

Restoranda özünü polis kimi təqdim edən şəxs həbs olunub

Azərbaycanda qadınların pensiya yaşı artırılır – gələn həftədən

Futbol necə yaranıb? – Dünyanın ən populyar idmanının tarixi

Özbəkistan Prezidenti Azərbaycanın səfirini qəbul edib

Yeni Android smartfonu alanda dərhal dəyişdirməli olduğunuz 4 parametr

Sibirdəki türklər: Rusiya bizi ölümə göndərir

Moskvanın bütün aeroportlarında uçuşlar dayandırıldı

Salyanda yol qəzasında 5 nəfər xəsarət alıb

Sabah qaz kəsiləcək - Bu ərazilərdə

Xalq artistinin bacısı və qardaşı ürək əməliyyatı keçirdi

Berdiməhəmmədov Zəfər parkını ziyarət etdi

Numan Kurtulmuş Azərbaycana gələcək

Bu həftə 4 gün işləyəcəyik

Azərbaycan-Türkmənistan sənədləri mübadilə olundu

Starmer istefa verdi

Xətai rayonunda konsert keçirilib

Azərbaycan Türkmənistana tanker hədiyyə etdi

Cinayət törədən 83 nəfər saxlanıldı

Qızına elçi düşən şəxsi döyərək öldürdü

Aqil Şirinov: Bu il İlahiyyat İnstitutundan 59 tələbə məzun olur

Susuz qalan paytaxt, cavabsız suallar və idarəetmənin görünən nəticələri

Krımda su qıtlığı yaşanır...

Anomal istilərə görə bu ölkədə 845 məktəb bağlanacaq

Qətərdə partlayış oldu

Bütün xəbərlər