hadise
9.07.2020
Rusiyada sərnişin təyyarəsi qəzaya uğrayıb

Rusiyada sərnişin təyyarəsi Kunaşir adasının (Saxalin vilayəti, Kuril arxipelaqı) aeroportuna eniş edərkən qəzaya uğrayıb.
dogruxeber.tv bildirir ki, bu barədə TASS agentliyi məlumat yayıb.Cənubi Kuril adaları meriyasından verilən açıqlamada qeyd olunur ki, sərnişin təyyarəsi enişdən sonra həyata keçirilən dönmə əməliyyatı zamanı qəzaya uğrayıb
Təyyarə “Avrora” aviaşirkətinə məxsusdur.
Hadisə zamanı sərnişinlər arasında ölən və yaralanan olmayıb.


