sosial
10.07.2020
Baş Prokurorluğun nümayəndə heyəti ATƏT-in keçirdiyi konfransda iştirak edib

İyul ayının 6-dan 7-dək Albaniya Respublikasının Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına (ATƏT) sədrliyi çərçivəsində “Zoom” proqramı vasitəsilə “Rəqəmsal erada yaxşı idarəçilik və korrupsiyaya qarşı mübarizə: şəffaflıq, dürüstlük və cavabdehlik prinsiplərinin gücləndirilməsi” mövzusunda yüksək səviyyəli konfrans keçirilib.
dogruxeber.tv bildirir ki, bu barədə Oxu.Az-a Baş Prokurorluqdan məlumat verilib.
Bildirilib ki, Albaniyanın Baş naziri və Xarici İşlər naziri Edi Ramanın təşəbbüsü ilə keçirilən tədbirdə 100-dən artıq iştirakçı - müxtəlif dövlətlərin prokurorluq və digər hüquq-mühafizə orqanlarının, habelə beynəlxalq təşkilatların yüksək vəzifəli nümayəndələri iştirak edib.


