gundem
11.07.2020, 10:45
"Həkimlərimiz arasında yoluxma halları yüksək deyil" - Yaqut Qarayeva

Ölkəmizdə həkimlərin koronavirusa yoluxması halları həddindən artıq çox deyil.
dogruxeber.tv bildirir ki, bunu Teleqraf.com-a açıqlamasında TƏBİB-in xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva deyib.
O bildirib ki, bütün dünyada koronaviruslu xəstələrlə işləyən həkimlər arasında yoluxma halları var:
"Sosial şəbəkələrdə həkimlərin virusa yoluxması haqqında danışılması normaldır. Çünki hər bir həkim bizim üçün əzizdir, dəyərlidir. Sosial şəbəkələrdə onlara olan dəstək çox gözəldir. Buna görə vətəndaşlarımıza təşəkkür edirəm".


