dunya
24.07.2020, 17:07
Hindistanda gündəlik yoluxma sayı 50 minə yaxınlaşır
![]()
Hindistanda ötən sutka ərzində COVID-19 infeksiyasına 49 min 310 yoluxma qeydə alınıb.
dogruxeber.tv yerli KİV-ə istinadən bildirir ki, bu barədə Hindistanın Federal Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, bu, Hindistanda gündəlik yoluxma üzrə yeni rekorddur və bununla ölkədə ümumi yoluxma hallarının sayı 1 milyon 287 min 945 nəfərə çatıb.
Ötən sutka infeksiyadan həm də 740 ölüm hadisəsi qeydə alınıb. Beləliklə, Hindistanda pandemiya qurbanlarının sayı 30 mini ötüb.
Nazirlik virusa yoluxanların təxminən 63 faizinin sağaldığını açıqlayıb.
Qeyd edək ki, Hindistan COVID-19 virusuna yoluxanların sayına görə, ABŞ və Braziliyanın ardından 3-cü sıradadır.


