dunya
6.07.2020, 13:58
Hindistan yoluxma sayına görə ilk üçlükdə

Hindistan koronavirusa yoluxma sayına görə dünya ölkələri arasında Rusiyanı qabaqlayaraq, üçüncü sıraya qalxıb.
dogruxeber.tv bildirir ki,bu barədə Oxu.Az-ın onlayn statistikasında qeyd edilir.Hindistanın Səhiyyə Nazirliyinin məlumatına görə, ölkədə yoluxma hallarının sayı 699 402-ə çatıb və bu göstəriciyə görə yalnız ABŞ və Braziliyadan geri qalır. Hindistanın qabaqladığı Rusiyada isə yoluxma hallarının sayı 687 862-yə bərabərdir.
Xatırladaq ki, Hindistanda ardıcıl üç gündür ki, sutkalıq 20 mindən artıq yoluxma qeydə alınır.


