Bülbüloğlu Rusiyada yaşayan soydaşlarımıza müraciət etdi











Biz vətənpərvər əhval-ruhiyyəli soydaşlarımızla fəxr edirik! Haqq-ədalət bizim tərəfimizdədir və o, hökmən zəfər çalacaq! Mən sizin yanınızdayam!

dogruxeber.tv Axar.az-a istinadən xəbər verir ki, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Rusiyada yaşayan soydaşlarımıza müraciət edib. Səfirin müraciətində deyilir ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva bütün azərbaycanlılara müraciət edərək bu günlərdə öz səsini ucaldan və Azərbaycan bayrağını qaldıran hər kəsə təşəkkürünü bildirib. Mehriban xanımın müraciətində bizə qarşı törədilən vandalizm aktlarına görə ürəkağrısı, Azərbaycan nümayəndələrinə qayğı, zorakılığın qəzəblə pislənməsi və zəkaya, dərrakəyə çağırış duyulur.

Azərbaycanın diplomatik missiyasının rəhbərinin müraciətində deyilir: “Rusiyada yaşayan bütün soydaşlarımıza müraciət edirəm, bu qadının, ananın, dövlət xadiminin çağırışı ilə diqqətlə tanış olun, onun sözlərinin mənasına fikir verin”.

Sənəddə deyilir: “Mehriban xanım Əliyeva son hadisələrə siyasi qiymət verərək vurğulayıb ki, baş verən hadisələr Ermənistanın işğalçı siyasətinin dinc Azərbaycan əhalisi üçün nə qədər ciddi təhlükə olduğunu əyani surətdə nümayiş etdirir və bizim borcumuz bu həqiqəti dünya birliyinə çatdırmaqdır.

Müraciətdə qeyd edildiyi kimi bu gün bizim əsas vəzifəmiz birləşmək və son zorakılıq aktlarının ədalətlə təhqiq edilməsini, təqsirkarların məsuliyyətə cəlb olunmasını tələb etməkdir. O xüsusi vurğulayıb ki, heç bir provokasiya bizi haqq yolundan dönməyə məcbur edə bilməz”.

Səfir Rusiyada yaşayan bütün soydaşlarımızı birləşməyə çağırıb. P.Bülbüloğlu deyib: “Provokasiyaları layiqincə dəf etmək üçün biz birlikdə olmalıyıq, lakin bu halda küçə davaları səviyyəsinə enməməliyik. Bizim mübarizəmiz hüquq müstəvisi çərçivəsində aparılmalıdır”.

Diplomat hər kəsin yaşadığı ölkənin qanunlarına riayət etməsinin vacibliyini vurğulayıb. “Siz Rusiyada yaşayırsınız, çoxunuz bu böyük ölkənin vətəndaşlarısınız. Sizdən xahiş edirəm, burada olan qanunlara və qaydalara riayət edin. Pandemiya şəraitində özünüzü ədalətli mübarizə üçün qoruyun, xoşagəlməz vəziyyətə düşməmək üçün qanunları pozmayın, çünki sizinlə bizim bir məqsədimiz var – Vətənin müdafiəsi, onun ərazi bütövlüyünün bərpa edilməsi və tarixi həqiqətin təntənəsi. Biz vətənpərvər əhval-ruhiyyəli soydaşlarımızla fəxr edirik. Haqq-ədalət bizim tərəfimizdədir və o, hökmən zəfər çalacaq! Mən sizin yanınızdayam!”, - deyə P.Bülbüloğlu bəyan edib.

Son xəbərlər

Dünya çempionatı açılışında dava düşdü

128 min manatlıq dələduzluq etsə də, məhkəmə zalından azadlığa buraxıldı

“Nar” abunəçiləri üçün eSIM nömrələrdə “Asan İmza” xidməti istifadəyə verildi

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin nümayəndələri üçün ÇİRES-ə infotur təşkil olunub

Bu rayonlarda ehsan LƏĞV EDİLDİ

Bakıda yaşlı kişi dənizdə boğularaq öldü

İrəvan QARIŞDI - MSK binası mühasirəyə alınır

Onlar Azərbaycanın imicinə zərbə vurmağa çalışır...

26 yaşlı oğlan kafedə qətlə yetirilib

DYP-dən “Son zəng”lə bağlı müraciət

İlon Mask tarixdə ilk trilyonçu oldu

Rusiyada kütləvi PUA hücumu: 231 dron vuruldu

Azərbaycana güclü istilər gəlir: Temperatur 40 dərəcəyə çatacaq

Pensiyanız arta bilər - Çoxunun bilmədiyi hesablama

Həftəsonu 15 min 700-dən çox bakalavr imtahan verəcək

Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub

Rusiyanın səfiri İrəvana qayıtdı: Moskvada hansı təlimatlar alıb?

Şuşa Bəyannaməsi Cənubi Qafqazda yeni təhlükəsizlik və əməkdaşlıq modelinin əsasını yaradıb

Bakı Metropoliteni yay qrafikinə keçid edir

Azərbaycanda qida məhsulları ucuzlaşıb

Hakan Fidandan Vaşinqton və Tehrana hədəfli çağırış: "Proses alt-üst oldu"

Sosial şəbəkələrdə mənə qarşı şantaj tipli yazılar yazmağa başladılar – Psixoloq

Türkiyə anons etdi: Ermənistanla sərhədlər açılır, ticarət milyarda yüksələcək

Saxta pilot hər kəsi aldatdı - 17 il sənədsiz uçuş etdi

“Qarabağ” Bikalyo ilə müqavilənin detallarını açıqladı

"Bu, bankların kredit verməsini asanlaşdıracaq" - İqtisadçı

Daha bir həkim dünyasını dəyişdi - FOTO

Türkiyə və Bolqarıstan sərhəddə yeni keçid məntəqəsi yaradacaq

Gəmiyə hücumda həlak olanlar dəfn edildi

Paşinyan yeni hökumətlə bağlı müzakirələrə başladı

Bütün xəbərlər