hadise
31.07.2020, 13:07
Qadın evində yanaraq öldü - FOTO

Göyçay rayonunda yanğın hadisəsi baş verib.
dogruxeber.tv bildiri ki, bu gün saat 11:00 radələrində rayonun Ləkçıplaq kəndində 1941-ci il təvəllüdlü Qarayeva Malikə Nəbi qızına məxsus ümumi sahəsi 160 kvadratmetr olan birmərtəbəli evdə yanğın olub.
Hadisə zamanı ev yanaraq yararsız hala düşüb, həyəcanlanan ev sahibi ürək tutmasından ölüb.
Yanğın söndürənlər alovun yaxınlıqdakı tikililərə keçməsinin qarşısını alıblar, yanğın tam söndürülüb.
Faktla bağlı araşdırma aparılır.
(Lent.az)


