hadise
5.08.2020
Bakıda 25 yaşlı gənci avtomobil vurdu

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
dogruxeber.tv bildirir ki, hadisə Yasamal rayonunda qeydə alınıb.Avtomobil yolu keçən 1995-ci il təvəllüdlü Mütəllimov Dadaş Elman oğlunu vurub.
Yaralı təcili yardımın köməyilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.
Faktla bağlı araşdırma aparılır.
(Report.az)


