Son 5 ildə yeni əhali abonentlərinin sayı yarım milyonu keçib












2020-ci il üzrə ölkədə qazlaşdırma işlərinin aparılmasına dair Dövlət Proqramının icrası davam etdirilir. Artıq 14 yeni yaşayış massivi qazlaşdırılıb.

dogruxeber.tv bildirir ki,“Azəriqaz” İstehsalat Birliyindən “Qafqazinfo”ya verilən məlumata görə, hazırda 30 yaşayış məntəqəsi, 27 yeni yaşayış massivində qazlaşdırma aparılır. Bu işlər əsasən Gəncə şəhəri, Daşkəsən, Göygöl, Samux, Abşeron, Xızı, Siyəzən, Şabran, Ağdaş, Göyçay, Ağstafa, Gədəbəy, Şəmkir və Tovuz rayonlarını əhatə edir.

Qeyd edək ki, 2015-2020-ci illərdə dövlət büdcəsindən SOCAR-a ayrılmış vəsait hesabına ölkənin müxtəlif bölgələrində 301 min əhali abonentini əhatə etməklə, 905 yaşayış məntəqəsi və 51 yeni yaşayış massivi qazlaşdırılıb. Həmin dövrdə müxtəlif bölgələrdə ümumilikdə 27 395 km yeni qaz xətti çəkilib. Bundan əlavə olaraq, Birlik də imkanlarını səfərbər etməklə qaz təsərrüfatı şəbəkəsində genişmiqyaslı işlər görüb. Bu işlərin və fərdi qazlaşdırmaların nəticəsində 2015-2020-ci illərdə 274 min yeni əhali abonenti təbii qazla təmin olunub.

Qaz təchizatı şəbəkəsində yenidənqurma və əsaslı təmir işlərinin aparılması zamanı son 5 ildə “Azəriqaz” İB daxili imkanlar hesabına müxtəlif bölgələrdə ümumən 2610 km qaz xəttini yenidən qurub. Müqayisə aparsaq, 2015-ci ilin əvvəlində əhali abonentlərinin sayı 1 milyon 710 min, 2020-ci ilin iyul ayının 1-nə isə 2 milyon 285 minə yaxın olub. Yəni əhali abonentləri üzrə 570 mindən çox artım var. Ölkədə sayğaclaşma səviyyəsi 100% təşkil edir.
Son 5 ildə yeni əhali abonentlərinin sayı yarım milyonu keçib

Son xəbərlər

Ukrayna ordusuna daha çox əcnəbi könüllülər cəlb olunacaq

Bakı Limanında quru yük aşırılması artıb

Azərbaycanda zəlzələ oldu

Ötən il 2,6 mlrd. manat büdcə vəsaiti banklara yerləşdirilib

Masallıdan nazirə məktub: Əmriniz əleyhimizə çevrilib - BU NƏDİ BELƏ?

Azərbaycanda hər 6 nəfərdən biri məktəblidir - Yeni statistika

İlhamə Quliyevanın bacısı qızı ilk məhkəmədə həbs olundu - FOTO

Yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarının fəaliyyəti ilə bağlı tələblərin pozulmasına görə cərimələr müəyyənləşir

Şuşada bu işləri görmək qadağan edilir

Prezident Putinə məktub göndərdi

Rusiyada boru kəmərində baş verən partlayışda üç nəfər ölüb

"WhatsApp" bu telefonlarda işləməyəcək - Tarix açıqlandı

Azərbaycanda yeni cərimələr müəyyənləşir - 50 min manatadək

Şuşada bu işləri görmək qadağan edilir

Əlilliyi olan 57 min şəxsə reabilitasiya xidmətləri göstərilib

İrandan Azərbaycana PUA ilə narkotik keçirilməsinin qarşısı alındı

Millət vəkili: Azərbaycanın xarici siyasəti qlobal miqyasda sülhü və qarşılıqlı anlaşmanı təşviq edir

Bu barədə yalan məlumat verənlər cərimələnəcək - Yenilənib

Dünya çempionatı açılışında dava düşdü

128 min manatlıq dələduzluq etsə də, məhkəmə zalından azadlığa buraxıldı

“Nar” abunəçiləri üçün eSIM nömrələrdə “Asan İmza” xidməti istifadəyə verildi

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin nümayəndələri üçün ÇİRES-ə infotur təşkil olunub

Bu rayonlarda ehsan LƏĞV EDİLDİ

Bakıda yaşlı kişi dənizdə boğularaq öldü

İrəvan QARIŞDI - MSK binası mühasirəyə alınır

Onlar Azərbaycanın imicinə zərbə vurmağa çalışır...

26 yaşlı oğlan kafedə qətlə yetirilib

DYP-dən “Son zəng”lə bağlı müraciət

İlon Mask tarixdə ilk trilyonçu oldu

Rusiyada kütləvi PUA hücumu: 231 dron vuruldu

Bütün xəbərlər