199 minlik «direktor əməliyyatı» — Esmira Ağayeva 20 nömrəli məktəb-liseyə direktor gətirilir










Adı mətbuata yaxından tanış olan, təhsillə yaxından-uzaqdan bağlılığı olan şəxslərin yaxşı tanıdığı Nizami rayonunda yerləşən 214 saylı tam orta məktəbin direktoru Esmira Ağayeva haqqında olduqca ilginc məlumatlar almışıq. Rubrika.Az-a verilən məlumatlarda özünü Təhsil nazirinin müavini Məhəbbət Vəliyevanın rəfiqəsi (əslində qohumu) adlandıran məktəb direktorunun yeni planları öz əksini tapır.

Öncə xatırladaq ki, E.Ağayeva haqqında media üzərindən qısa araşdırma apararkən onun haqqında xeyli rüşvət,korrupsiya iddiaları ilə rastlaşdıq. Elə Rubrika.Az-a da daxil olan məlumatlarda da bu barədə bəhs olunur. Bildirilir ki, məktəb direktoru müxtəlif adlar altında müəllimlərdən qanunsuz pul toplayır, bayramlarda, əlamətdar günlərdə xüsusi "bayrampayı” alınır.

Ümumiyyətlə E.Ağayevanın məktəbdə despotik idarəetmə üsulu formalaşdırdığı qeyd edilir. Hətta laborantlara, digər texniki işçilərə müəllimlərin səs yazısını yazmağa məcbur edildiyi də bildirilir.

Rubrika.Az-a verilən məlumata görə, məktəbdə olduğu müddət ərzində ancaq kameralar vasitəsilə müəllimləri izləyən direktor onların hər addımından "pul çıxardır”. Hətta müəllimlərə məktəbdə baş verənlərin başqa yerlərdə danışılmayacağı barədə qeyri-rəsmi kağıza imza atdırıldığı da bildirilir. Etiraz edənlər isə incidilirlər. E.Ağayevanın rəhbərlik etdiyi məktəbə 49 min manat rüşvət verərək direktor təyin olunduğunu söyləməsi barədə yəqin ki, bilməyən yoxdur. Özü də buranı özü üçün tramplin hesab edən direktor rəhbərlik etdiyi məktəbi öz "səviyyəsinə” yaraşdırmır. Çünki, dəfələrlə müxtəlif səviyyəli tədbirlərdə səsləndirib ki, buranın kontingenti mənim səviyyəmdə deyil və bilsəydim bir ətək pul sayıb bura gəlməzdim. Həmçinin E.Ağayevanın burada pul toplayıb daha yüksək vəzifəyə getməyə hazırlaşdığı barədə də dəfələrlə məlumat verilib.

Rubrika.Az-a E.Ağayevanın bu bitib-tükənməyən iştahası barədə yeni məlumatlar daxil olub. Qeyd etdiyimiz kimi E.Ağayeva özünü Məhəbbət Vəliyevanın ən yaxın rəfiqəsi kmi təqdim edir. Aldığımız məlumata görə, onlar rəfiqə olmaqdan əlavə eyni zamanda qohumdurlar. Məhz bu qohumluq əlaqələrindən istifadə edən direktor rəhbərlik etdiyi məktəbdə baş verən bir çox olayları-hətta cinayət tərkibli hadisələri gizlədə bilib.

Belə ki, ötən ilin aprelində məktəbdə baş verən bıçaqlanma hadisəsi məhz nazir müavininin müdaxiləsi nəticəsində ört-basdır edilib. Yəqin ki, hüquq-mühafizə orqanları bu barədə daha dərindən araşdırma aparsalar çox mətləblər üzə çıxa bilər.

İndi isə öz yaxın rəfiqəsinin köməkliyi ilə daha prestijli məktəbə direktor gəlməyi hədəfləyən E.Ağayeva paytaxtın 20 saylı məktəbini gözaltı edib. Ölkənin ən nüfuzlu təhsil ocaqlarından birinə direktor olmaq üçün E.Ağayevanın qohumuna 150 min manat verdiyi də daxil olan məlumatlar sırasındadır. 49 min manata 214 saylı məktəbi E.Ağayevanın nə vəziyyətə saldığı iddia edilirsə 150 min manta 20 saylı məktəbi hansı günə salacağını düşünəndə adam dəhşətə gəlir.

Baş verənlər Azərbaycan təhsili adına bir utanc hesab olunmalıdır. Qohumların, rəfiqələrin əlbir olub məhv etdiyi təhsil sistemi ağır durumdadır. Üzümüzü təhsilimizin böyük himayədarı Mehriban xanıma tuturuq: Uzun illərdir ki, bilavasitə sizin himayədarlığınız, xüsusi səylərinizlə təhsil sahəsində ciddi islahatlar aparılır. Amma gördüyünüz kimi bir qrup şəxs sizin gördüyünüz işlərə kölgə salmağa, öz şəxsi maraqlarını gerçəkləşdirməyə çalışır. E.Ağayevanın 214 saylı məktəbdə təhsilin keyfiyyətinə, tədrisin vəziyyətinə vurduğu zərbələr yəqin ki,uzun zaman sağalmayacaq. Belə bir şəxsin Məhəbbət Vəliyevanın himayədarlığı ilə paytaxtın ən nüfuzlu bir təhsil ocağına direktor təyin edilməsinə çalışmaq təhsilimizə ikiqat zərbədir. Belə bir hal reallaşarsa bunun fəsadları daha ağır olacaq və onu aradan qaldırmaq mümkünsüzdür. İnanırıq ki, belə bir təhlükənin reallaşmasına yol verilməyəcək, 20 saylı məktəb bu bəladan xilas olacaq!

Nicat Mahmudov

Son xəbərlər

Ukrayna ordusu Moskva vilayətində kosmik rabitə mərkəzinə dron zərbəsi endirib

Restoranda özünü polis kimi təqdim edən şəxs həbs olunub

Azərbaycanda qadınların pensiya yaşı artırılır – gələn həftədən

Futbol necə yaranıb? – Dünyanın ən populyar idmanının tarixi

Özbəkistan Prezidenti Azərbaycanın səfirini qəbul edib

Yeni Android smartfonu alanda dərhal dəyişdirməli olduğunuz 4 parametr

Sibirdəki türklər: Rusiya bizi ölümə göndərir

Moskvanın bütün aeroportlarında uçuşlar dayandırıldı

Salyanda yol qəzasında 5 nəfər xəsarət alıb

Sabah qaz kəsiləcək - Bu ərazilərdə

Xalq artistinin bacısı və qardaşı ürək əməliyyatı keçirdi

Berdiməhəmmədov Zəfər parkını ziyarət etdi

Numan Kurtulmuş Azərbaycana gələcək

Bu həftə 4 gün işləyəcəyik

Azərbaycan-Türkmənistan sənədləri mübadilə olundu

Starmer istefa verdi

Xətai rayonunda konsert keçirilib

Azərbaycan Türkmənistana tanker hədiyyə etdi

Cinayət törədən 83 nəfər saxlanıldı

Qızına elçi düşən şəxsi döyərək öldürdü

Aqil Şirinov: Bu il İlahiyyat İnstitutundan 59 tələbə məzun olur

Susuz qalan paytaxt, cavabsız suallar və idarəetmənin görünən nəticələri

Krımda su qıtlığı yaşanır...

Anomal istilərə görə bu ölkədə 845 məktəb bağlanacaq

Qətərdə partlayış oldu

Qırmızı təhlükə səviyyəsi elan edildi - Qarşıdan gələn həftə ölkə istidən qovrulacaq

İordaniya Kralı Azərbaycana səfərə dəvət edidi

İsveçrədə ABŞ və İran arasında keçirilən danışıqlardan tərəflər razı qalıb

Krasnodarda maçete ilə silahlanmış şəxs insanlara hücum edib, ölən və yaralananlar var

"iPhone" və "Samsung": Hansı smartfon daha uzunömürlüdür?

Bütün xəbərlər