Nikolun irəli sürdüyü namizəd vəzifədən imtina etdi

Ermənistan hökumətinin Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə namizəd göstərdiyi Vaqram Avetisyan namizədlikdən imtina edib.
dogruxeber.tv Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.
Avetisyan bu addımı hakim Mənim Addımım Bloku ilə arasında yaranan kəskin fikir ayrılığına görə atdığını bildirib:
“Dövlətin əsas vəzifəsi vətəndaşların etimadını və cəmiyyətdə nüfuzunu qoruyan möhkəm məhkəmə sistemini yaratmaqdır. Mənim Addımım fraksiyasının üzvləri ilə görüş və müzakirələr onu göstərdi ki, düşüncələrimiz tamamilə bir-birinə ziddir. Onlardan bəzilərinin Konstitusiya Məhkəməsinin rolu, Konstitusiya Məhkəməsi hakiminin siyasətdən uzaq dayanması və müstəqilliyi haqqında tamamilə fərqli, bəzən qəbuledilməz fikirləri var”.


