Şəkidə reablitasiya mərkəzi istifadəyə verildi












Şəki şəhərindəki Reabilitasiya Mərkəzi əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib.

dogruxeber.tv Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Axar.az-a verilən məlumata istinadən bildirir ki, müəssisənin açılışında Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Vüsal Nəsirli, Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Cavid Əbdül-Qədirov, mərkəzin əməkdaşları, əlilliyi olan şəxslər iştirak ediblər.

Ölkəmizdə əlilliyi olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan addımları qeyd edən V.Nəsirli bildirib ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, əlilliyi olan şəxslər üçün reabilitasiya infrastrukturunun müasirləşdirilməsi və genişləndirilməsi sahəsində də ardıcıl işlər aparılır. 2019-cu ildə nazirliyin Yevlax və Naftalan Reabilitasiya Mərkəzləri, Mərdəkan Reabilitasiya Pansionatı, Protez-Ortopedik İstehsalat Mərkəzi əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib.

Nazir müavini 2020-ci ildə bu istiqamətdə tədbirlərin davam etdirildiyini deyib. V.Nəsirli diqqətə çatdırıb ki, bu ayın 11-də Lənkəran şəhərində də Reabilitasiya Mərkəzi əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib. Bu gün isə daha bir reabilitasiya müəssisəsi Şəki şəhərində açılır. Cari ildə həmçinin Sumqayıt, Şirvan, Xaçmaz şəhərlərində Reabilitasiya Mərkəzləri, Şağan Reabilitasiya Pansionatı əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə veriləcək. Uşaq reabilitasiya sisteminin ölkəmizin bölgələri üzrə genişləndirilməsi işləri çərçivəsində bu il Qəbələ və Şəmkir rayonlarında Uşaq Reabilitasiya Mərkəzlərinin açılması da nəzərdə tutulub. Beləliklə, 2020-ci ildə ümumilikdə nazirliyin 8 reabilitasiya müəssisəsinin açılması planlaşdırılıb. Bu da reabilitasiya xidmətləri ilə əhatə olunanların illik sayının iki dəfə artaraq 28 minə çatmasına imkan verəcək.

E.Usubov əlilliyi olan şəxslər üçün yeni reabilitasiya müəssisələrinin, həmçinin Şəkidə belə bir müasir tələblərə uyğun Mərkəzin istifadəyə verilməsinin Prezident İlham Əliyev tərəfindən həssas əhali qruplarına göstərilən xüsusi qayğının daha bir əyani təzahürü olduğunu vurğulayıb. O, Şəki rayonunda sosial sahədə aparılan işlər barədə məlumat verib.

Tədbirdə əlilliyi olan şəxslər ölkəmizdə həssas əhali qruplarına göstərilən dövlət qayğısından, eyni zamanda, reabilitasiya infrastrukturunun müasir tələblərə uyğun qurulması və bərpa imkanlarının artırılmasından razılıqla bəhs edərək, Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Müasir standartlara uyğun reabilitasiya şəraitinin yaradıldığı müəssisə limfodrenaj, ozonoterapiya, maqnitoterapiya, hidroterapiya və digər yeni müasir tibbi-reabilitasiya və s. aparatlarla və avadanlıqlarla da təchiz edilib. Burada Şəki və ətraf rayonlar üzrə il ərzində 800 əlilliyi olan şəxsə effektiv fizioterapevtik üsulların tətbiqi əsasında tibbi-sosial reabilitasiya xidmətləri göstəriləcək.

Son xəbərlər

Tut ağacından yıxılıb öldü

Zərdab xəstəxanasından 240-dan çox saxta göndəriş verilib - Araşdırma BAŞLANILDI

Əfqanıstanda qadınların etiraz aksiyalarını yatırmaq üçün hərbi texnika cəlb edildi

Azərbaycanlı mollalar kütləvi qətlə yetirilir - ŞOK

“Bir plus” mağazasından şikayət: Nasaz məhsullar satılır?

Litvada həyəcan siqnalı: qırıcılar havaya qaldırıldı

Yatmağı çox sevən 4 bürc açıqlandı

Həyətində bu bitkilər olanın evinə həşərat girmir

Polad Həşimovun oğlu Teymur da məktəblə vidalaşdı - FOTO

Keçmiş məhkum Nərimanovda 5 min dollar oğurladı - Saxlanıldı

Türkiyədə Azərbaycan vətəndaşından külli miqdarda narkotik götürüldü

Tutun bilinməyən zərərləri - Kimlər bu meyvəni yeməməlidir?

Su polisi Hövsanda qanunsuz balıq ovu ilə məşğul olan şəxsi saxlayıb

Dövlət Xidməti Gədəbəydə gənclər üçün tədbir keçirdi

Məşhur rus alim Ermənistan hava limanında saxlanıldı

Zəngilanda müşavirə keçirildi

Xətai rayonunda “15 iyun-Azərbaycan tarixində dönüş nöqtəsi” adlı möhtəşəm konsert proqramı təşkil edilib+VİDEO

Türk dövlətləri ilə ticarət dövriyyəsinin həcmi 7 milyard dolları ötüb

Azərbaycanda aeroportların idarə edilməsi dəyişir - FƏRMAN

Səhhəti pisləşdi, konsertləri təxirə salındı

Ukrayna ordusuna daha çox əcnəbi könüllülər cəlb olunacaq

Bakı Limanında quru yük aşırılması artıb

Azərbaycanda zəlzələ oldu

Ötən il 2,6 mlrd. manat büdcə vəsaiti banklara yerləşdirilib

Masallıdan nazirə məktub: Əmriniz əleyhimizə çevrilib - BU NƏDİ BELƏ?

Azərbaycanda hər 6 nəfərdən biri məktəblidir - Yeni statistika

İlhamə Quliyevanın bacısı qızı ilk məhkəmədə həbs olundu - FOTO

Yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarının fəaliyyəti ilə bağlı tələblərin pozulmasına görə cərimələr müəyyənləşir

Şuşada bu işləri görmək qadağan edilir

Prezident Putinə məktub göndərdi

Bütün xəbərlər