dunya
19.08.2020, 17:43
Yunanıstana COVID-19 virusuna qarşı 3 milyon vaksin veriləcək

Yunanıstan COVID-19 virusuna qarşı Oksfordda hazırlanan 3 milyon vaksini istifadə edəcək. dogruxeber.tv “Skay” televiziya kanalına istinadla xəbər verir ki, vaksinlər Avropa İttifaqı tərəfindən alınıb veriləcək. Bu barədə ölkənin Səhiyyə naziri Vasislis Kikilias bildirib. Nazir qeyd edib ki, prioritet qruplar COVID-19-a daha həssas olan vətəndaşlar olacaq. Səhiyyə naziri bildirib ki, ölkədə virusun yayılmasını müşahidə edərək yeni tədbirlərin və məhdudiyyətlərin həyata keçirilməsi müzakirə olunacaq.


