sosial / hadise
22.08.2020
Mehdiyevin kürəkəni hakim qarşısına çıxarılır - Video

Abşeron rayonunda karantin qaydalarını pozaraq övladına toy etmiş sabiq deputat İlhаm Əliyev hakim qarşısına çıxarılır.
dogruxeber.tv bildirir ki, onun və toy məclisində iştirak etmiş daha bir neçə nəfərin cərimələnəcəyi gözlənilir.
Qeyd edək ki, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması maddəsinə görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir.
Xatırladaq ki, sabiq millət vəkili İlham Əliyev AMEA prezidenti, akademik Ramiz Mehdiyevin kürəkənidir.
(Axar.az)


