Cəbrayıl və Füzulisiz 27 il...












Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Cəbrayıl və Füzuli rayonlarını işğal etməsindən 27 il ötür.
1993-cü il avqustun 23-də düşmən ölkənin silahlı birləşmələri Cəbrayılı işğal edib.
Ərazisi 1050 kv.km, əhalisi isə 60 minə yaxın olan Cəbrayılın ermənilər tərəfindən işğalı nəticəsində rayona 14 milyon dollardan çox ziyan dəyib.Rayonda 90 kənd var və hazırda yalnız bir kənd - Cocuq Mərcanlı Azərbaycan Silahlı Qüvvələrinin nəzarəti altındadır. 2016-cı ilin aprel döyüşlərində Füzuli rayonunda geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli Lələ Təpə yüksəkliyi Azərbaycan Silahlı qüvvələrinin nəzarətinə keçdi. Lələ Təpənin ələ keçirilməsi ilə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində tam təhlükəsiz həyat şəraiti təmin edildi. Bu gün Cocuq Mərcanlıda geniş tikinti-quruculuq işləri davam edir.

Ərazisi 1050 kv.km olan Cəbrayıl rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən tutulması ilə 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 5 məscid, 2 muzey, 129 tarixi abidə, 149 mədəniyyət ocağı işğal altında qalıb.

Cəbrayıldan olan məcburi köçkünlər hazırda ölkənin 58 rayonunda 2000-ə yaxın yaşayış məntəqəsində məskunlaşıb. Erməni silahlı birləşmələri tərəfindən işğal olunmazdan əvvəl rayonun kənd təsərrüfatı, əsasən, üzümçülük, heyvandarlıq, taxılçılıq, tərəvəzçilik, meyvəçilik, baramaçılıq sahələrindən ibarət olub. Cəbrayıl ərazisindən Bakı-Naxçıvan dəmir yolu (52 km), Şirvan-Zəngilan avtomobil yolu (60 km) keçir.

Rayon tarixi-memarlıq və dini abidələrlə zəngindir. Cəbrayıl rayonu erməni təcavüzkarlarına qarşı müharibədə 350-dən çox şəhid verib, 91 nəfər əsir və itkin düşüb, 177 nəfər əlil olub.

1993-cü il avqustun 23-də erməni hərbi birləşmələri tərəfindən işğal olunan Füzuli rayonunun ümumi sahəsi 139393 hektar olan rayonun qərb hissəsindən (50 kənd və rayon mərkəzi) 125368 hektar ərazi hələ də erməni silahlı birləşmələrinin işğalı altındadır. Füzulinin işğaldan azad olunmuş ərazisində 13 qəsəbə və 20 kənd var.

Rayona məxsus qəsəbələrdən 12-si işğaldan azad olunub, ərazidə yeni qəsəbələr salınıb və məcburi köçkün ailələri müvəqqəti olaraq burada yerləşdirilib. Hazırda ərazidə 51 min məcburi köçkün məskunlaşıb.

Ötən əsrin 80-ci illərinin sonlarından başlayan erməni təcavüzünə qarşı mübarizədə rayonun minlərlə sakini döyüşüb, yüzlərlə insan şəhid olub, yaralanıb, girov və itkin düşüb. Ümumilikdə Füzuli rayonu müharibədə 1100-dən artıq şəhid verib, 1450 rayon sakini əlil olub.

Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "İşğal olunmuş Azərbaycan ərazilərində ətraf mühitə və təbii sərvətlərə dağıdıcı təsiri müəyyənləşdirən (izləyən) operativ mərkəz"i işğaldan sonrakı dövrlərdə Füzuli rayonu ərazisində təbii sərvətlərin ermənilər tərəfindən dağıdılmasına dair bir sıra faktlar aşkarlayıb. Geniş meşə massivləri ilə örtülü olan Dövlətyarlı kəndində ağaclar bütünlüklə qırılıb, Qoçəhmədli kənd yolu boyunca ağaclar kütləvi şəkildə məhv edilib, Yağlıvənd kəndində kəndarası yolun sağ və sol tərəfindəki böyük yaşıllıqlar tamamilə qırılıb, 2006-2009-cu illər ərzində rayonun 35 000 hektardan artıq ərazisi ermənilər tərəfindən yandırılıb.
(Oxu.az)

Oxunub: 596

Son xəbərlər

Gənc samboçumuz Avropanı fəth etdi

Şagirdin bu gün ehtiyacı olan SEVGİDİR

Cənubi Qafqazda yeni güc balansı və infrastruktur rəqabəti - Azərbaycan önə çıxır

Rabitəbankdan sahibkarlar gününün 10 illiyinə özəl mikrokreditlər üzrə “10% daha sərfəli” kampaniyası

Baş prokuror İran səfirini qəbul edib

Aİ liderləri yeni maliyyə resurslarının tətbiqinə geniş dəstək ifadə ediblər

Dağıstan və Çeçenistanda genişmiqyaslı torpaq sürüşmələri baş verə bilər

Nazirlər Kabineti vahid indekslərin siyahısında dəyişiklik edib

Xudavəng monastrı ilə bağlı videoçarx hazırlanıb

70 yaşlı kişini lüks avtomobili ilə DƏFN ETDİLƏR

Xarici media nümayəndələri Zəngilan rayonunun Ağalı kəndinə səfər ediblər

Dövlət Xidməti Sabirabadda vətəndaş qəbulu keçirdi

İranın vitse-prezidenti: Neft quyularımız vurularsa, cavab zərbələri endiriləcək

Rəsmi şəxs yadplanetlilərin mövcudluğunu təsdiqlədi – “Şəxsən görmüşəm”

Azərbaycandan keçməklə Ermənistana buğda göndərildi

Azərbaycanın İsraillə ticarət dövriyyəsi 4 %-dən çox azalıb

“Bakı Metroıpoliteni” 138 min manata domkrat alır: Vüsal Aslanov öz işindədir

Azərbaycan-Çexiya İkitərəfli hərbi əməkdaşlıq planı imzalanıb

Putin ermənilərə çağırış etdi

Ələt azad iqtisadi zonasına əlavə torpaq sahəsi verildi

Milli Məclis MSK-nın yeni tərkibi ilə bağlı qərar verəcək

Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində rekultivasiya işlərinə başlanılıb

Daşkəsən rayonunda silsilə ağacəkmə aksiyaları keçirilib

“Nar” Kitab gününü Salyanda qeyd edib

Bakıda "imtahan" verdiyi anda Gəncədə çıxış edir... - Saxtakarlıq

Pensiyalarla bağlı MƏLUMAT VERİLDİ

Pentaqonda qalmaqal: Əsgər iştirak etdiyi Maduro əməliyyatına mərc edib

Kəlbəcər və Laçına sulu qar yağıb

SHXÇDX-nin rüşvət almaqda təqsirləndirilən 8 vəzifəli şəxsi həbs edilib - BİRGƏ MƏLUMAT

Qızıl ucuzlaşmağa DAVAM EDİR

Bütün xəbərlər