gundem / sosial
28.08.2020
Bakıda qaçqınların yataqxanasında yanğın olub

Bakıda yanğın hadisəsi baş verib.
dogruxeber.tv bildirir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətinin rəisi Gülçin Mehdiyeva “Report”a bildirib.
O qeyd edib ki, hadisə paytaxtın Yasamal rayonu, Şərifzadə küçəsində qeydə alınıb:
“Qaçqınların müvəqqəti məskunlaşdığı yataqxananın köməkçi tikilisində 70 kvm2 sahədə yanğın olub. Əraziyə FHN-in müvafiq qüvvələri cəlb olunub. Yataqxana binası yanğından mühafizə olunub və yanğın söndürülüb”.
(Metbuat.az)


