Abşeron Logistika Mərkəzi ISO 45001 və ISO 14001 beynəlxalq sertifikatlarına layiq görüldü












Abşeron Logistika Mərkəzi fəaliyyətini beynəlxalq standartların tələblərinə uyğun olaraq davam etdirir.

dogruxeber.tv "Qafqazinfo"a istinadən xəbər verir ki, bu il ərzində Abşeron Logistika Mərkəzi “Peşə Sağlamlığı və Əməyin Təhlükəsizliyi İdarəetmə Sistemi” üzrə ISO 45001 və “Ətraf Mühiti İdarəetmə Sistemi” üzrə ISO 14001 beynəlxalq standartların tələbləri çərçivəsində daxili normativ bazanı daha da təkmilləşdirmiş, bütün fəaliyyət sahələri, əməyin mühafizəsi və təhlükəsizlik üzrə risklər, ətraf mühit aspektlərini qiymətləndirmiş, təsirlərin minimuma endirilməsi istiqamətində tədbirlər planı həyata keçirib.

Təhlükəsizlik tələblərinə uyğun olaraq yoxlama-nəzarət qrafikləri hazırlanmış və onların icrası təmin edilib. İşçilərin təhlükəsizlik tələbləri üzrə məlumatlılıq səviyyəsinin artırılması üçün nəzəri və təcrübi təlimlər keçirilib.

Böyük əməyin nəticəsi olaraq avqust ayında “TÜV Austria” beynəlxalq sertifikatlaşdırma təşkilatı tərəfindən keçirilmiş audit nəticəsində mərkəz ISO 14001, ISO 45001 beynəlxalq sertifikatlara layiq görüldü.

Onu da qeyd etmək istərdik ki, Abşeron Logistika Mərkəzi ISO 9001:2015 “Keyfiyyət İdarəetmə Sistemi” standartı üzrə beynəlxalq sertifikata da sahibdir. Mərkəzin fəaliyyəti ISO 9001, ISO 45001, ISO 14001 beynəlxalq standartların tələbləri çərçivəsində təmin edilir.

Abşeron Logistika Mərkəzi beynəlxalq standartlara cavab verən logistik mərkəzdir. 65,7 ha ərazini əhatə edən mərkəzdə konteyner, vaqon, gömrük, broker, anbar, nəqliyyat xidmətləri göstərilir. İdxal-ixrac və tranzit gömrük əməliyyatları ərazidə yerləşən gömrük orqanları tərəfindən həyata keçirilir. Yaradılmış "vahid pəncərə" sistemi ilə müştərilərə yüksək səviyyəli və operativ xidmət göstərilir.

Son xəbərlər

Azərbaycan Suriyada 10 məktəbin yenidən inşasına, daha 100-nün bərpasına dəstək verəcək

Azərbaycanda məsafədən verilən istehlak kreditlərinə dair yeni tələblər müəyyənləşdirilib

II və III ixtisas qrupları üzrə 2-ci cəhd imtahanı bu tarixdə keçiriləcək

“Qarabağ”dan 2.7 milyonluq transfer - Artıq Bakıdadır

Azərbaycanın bank sektorunun aktivləri artıb

Metrodan istifadə edənlərin DİQQƏTİNƏ - Dəyişiklik olacaq

Ölü insanların kimliyindən istifadə edib milyonlar qazandılar

"Orta əsrlərdə yaşayırsınız" dedi, çimərlikdən qovuldu

TƏBİB rəhbəri daha üç xəstəxananın direktorunu işdən çıxardı

“Azərişıq” ASC-yə ISO beynəlxalq standartları üzrə sertifikatlar təqdim olunub

Xanımı ilə dalaşan Əməkdar artist özünü körpüdən atdı

60 yaşlı kişi mağazada öldü

Azərbaycanda yeni rüsum müəyyənləşir - 70 manat

Dollar almaq istəyənlərin nəzərinə

Venesuelada şiddətli zəlzələ: binalar çökdü, 32 ölü - Video

“Brent” ucuzlaşdı

Növbəti köç karvanları yola salındı

Yaponiyada zəlzələnin maqnitudası 7,2-yə yüksəldildi

Sabah çimərliklərdə dəniz suyu 25 dərəcəyədək isinəcək

Xəzər rayonunda avtomobilləri talayan şəxs saxlanıldı

Ceyhun Bayramov Polşaya getdi

Qusarda 14 və 17 yaşadək cüdoçular arasında region birincilikləri keçiriləcək

Türkiyə parlamentində ilk - Deputatlar evləndi

Ceyhun Bayramov Polşaya getdi

Bu şirkətlər əlindən cana doyan sakinlər çarəsiz qalıb+Video

ABB-də problem: müştərilərin hesabları silindi

Fransada Ebolaya ilk yoluxma qeydə alındı

Aşura mərasimlərinə uşaqların aparılması doğrudurmu?

İran ABŞ və İsraili beynəlxalq məhkəməyə verəcək

Xətai rayonunda Xalq şairi Sabir Rüstəmxanlının 80 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib+VİDEO

Bütün xəbərlər