Abşeronda COVİD -19 infeksiyasına qarşı reydlər keçirilir














Ölkə ərazisində tətbiq olunan xüsusi karantin rejiminin yumuşaldılmasından sonra Abşeron rayonunda COVİD -19 infeksiyasınını yayılmasının qarşısının alınması məqsədilə mütamadi olaraq monitorinqlər keçirilir. Növbəti belə monitorinq Xırdalan şəhəri, Ceyranbatan, Güzdək və Aşağı Güzdək qəsəbələrində baş tutub. Rayon İcra Hakimiyyəti başçısı yanında yaradılmış Operativ Qərargahın üzvləri, rayonun hüquq-mühafizə orqanlarının əməkdaşlarının və könüllülərdən ibarət mobil qrupların birgə iştirakı ilə keçirilən reydlərdə sahibkarlara və məsul şəxslərə Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə əməl olunması, ara məsafənin qorunması, tibbi-gigiyenik vasitələrdən istifadə edilməsi barədə ciddi xəbərdarlıqlar edilir. Mobil qrupun üzvləri şəhər və qəsəbələrin ərazilərini gəzərək fəaliyyətinə icazə verilmiş ticarət obyektlərinə, ərzaq mağazalarına, marketlərə baş çəkiblər. Burada çalışan işçilərlə pandemiya şəraitində tətbiq olunan qaydalara riayət olunması ilə bağlı maarifləndirici söhbətlər aparıblar. Eyni zamanda açıq havada fəaliyyət göstərən bir neçə ictimai-iaşə obyektlərində ara məsafənin qorunması və gigiyenik qaydalara əməl olunması barədə obyekt sahiblərinə xəbərdarlıq ediblər.

Əlavə olaraq mobil qrup üzvləri mərkəzi park və xiyabanlarda, bank və ATM-lərin qarşısında, dayanacaqlar və ictimai nəqliyyat vasitələrindən istifadə edən sakinlərlə də söhbətlər apararaq onlara karantin rejiminin tələblərinə əməl etməyi, sanitar-gigiyenik normalararın qorunmasının vacibliyini xatırladıblar.

Qeyd edək ki, Abşeron rayonunda bu cür kompleks tədbirlər mütəmadi olaraq davam etdirilir.
Abşeronda COVİD -19 infeksiyasına qarşı reydlər keçirilir
Abşeronda COVİD -19 infeksiyasına qarşı reydlər keçirilir
Abşeronda COVİD -19 infeksiyasına qarşı reydlər keçirilir

Son xəbərlər

Ukrayna ordusuna daha çox əcnəbi könüllülər cəlb olunacaq

Bakı Limanında quru yük aşırılması artıb

Azərbaycanda zəlzələ oldu

Ötən il 2,6 mlrd. manat büdcə vəsaiti banklara yerləşdirilib

Masallıdan nazirə məktub: Əmriniz əleyhimizə çevrilib - BU NƏDİ BELƏ?

Azərbaycanda hər 6 nəfərdən biri məktəblidir - Yeni statistika

İlhamə Quliyevanın bacısı qızı ilk məhkəmədə həbs olundu - FOTO

Yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarının fəaliyyəti ilə bağlı tələblərin pozulmasına görə cərimələr müəyyənləşir

Şuşada bu işləri görmək qadağan edilir

Prezident Putinə məktub göndərdi

Rusiyada boru kəmərində baş verən partlayışda üç nəfər ölüb

"WhatsApp" bu telefonlarda işləməyəcək - Tarix açıqlandı

Azərbaycanda yeni cərimələr müəyyənləşir - 50 min manatadək

Şuşada bu işləri görmək qadağan edilir

Əlilliyi olan 57 min şəxsə reabilitasiya xidmətləri göstərilib

İrandan Azərbaycana PUA ilə narkotik keçirilməsinin qarşısı alındı

Millət vəkili: Azərbaycanın xarici siyasəti qlobal miqyasda sülhü və qarşılıqlı anlaşmanı təşviq edir

Bu barədə yalan məlumat verənlər cərimələnəcək - Yenilənib

Dünya çempionatı açılışında dava düşdü

128 min manatlıq dələduzluq etsə də, məhkəmə zalından azadlığa buraxıldı

“Nar” abunəçiləri üçün eSIM nömrələrdə “Asan İmza” xidməti istifadəyə verildi

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin nümayəndələri üçün ÇİRES-ə infotur təşkil olunub

Bu rayonlarda ehsan LƏĞV EDİLDİ

Bakıda yaşlı kişi dənizdə boğularaq öldü

İrəvan QARIŞDI - MSK binası mühasirəyə alınır

Onlar Azərbaycanın imicinə zərbə vurmağa çalışır...

26 yaşlı oğlan kafedə qətlə yetirilib

DYP-dən “Son zəng”lə bağlı müraciət

İlon Mask tarixdə ilk trilyonçu oldu

Rusiyada kütləvi PUA hücumu: 231 dron vuruldu

Bütün xəbərlər