sou
16.09.2020, 10:22
“İdman TV”nin tanınmış aparıcısı işdən çıxdı - FOTO

“İdman TV”nin tanınmış aparıcısı İsmayıl Abdullayev telekanaldan ayrılıb.
Bu barədə idman şərhçisinin özü məlumat verib.Qeyd edək ki, İsmayıl Abdullayev “İdman TV” açılandan – 2009-cu ildən bu telekanalda çalışırdı. O, “Neftçi”nin TV kanalında da paralel olaraq çalışır. İ.Abdullayevin tezliklə digər idman telekanalı olan “CBC Sport”da işə başlayacağı gözlənilir.


