gundem / sosial
17.09.2020, 12:19
Deputat Azərbaycanın “Facebook” və “Twitter”lə müqavilə bağlamasını təklif edir

Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında deputat Bəhruz Məhərrəmov sosial şəbəkələrlə bağlı təklif səsləndirib.
dogruxeber.tv bildirir ki, Oxu.Az-ın müxbiri xəbər verib ki, deputat Azərbaycanın “Facebook” və “Twitter”lə müqavilə bağlamasının zəruriliyini vurğulayıb.“Müqavilə bağlandıqdan sonra, Azərbaycanın həmin sosial şəbəkələrin ofislərində nümayəndələri ola bilər və bir çox məsələlər tənzimlənər”, - deyə B.Məhərrəmov əlavə edib.
B.Məhərrəmov onu da qeyd edib ki, Azərbaycanın “Facebook” və “Twitter”dəki nümayəndələri komissar kimi də fəaliyyət göstərə bilər.


