Dönərxanalar nəzarətə götürülür: Qiymət artacaqmı? - RƏSMİ AÇIQLAMA














Bir neçə gün əvvəl Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə qida məhsulları sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektləri üçün əlverişli və sağlam biznes mühitinin formalaşdırılması məqsədilə “Dönər biznesi ilə məşğul olan obyektlərin sağlamlaşdırılması” layihəsinə start verib.

Bəs dönərin qiyməti necə tənzimlənəcək? Bu layihədən sonra mənşəyi bilinməyən dönərlərlə bağlı hansı addımlar atılacaq?

Məlumdur ki, belə dönərlər bir manata satılır. Digər bir məqam isə ondan ibarətdir ki, iddiaya görə, yeni layihə ilə hazırlanacaq dönərlərin qiyməti iki manat olacaq. Sosial şəbəkə istifadəçiləri belə fikir irəli sürüblər ki, AQTA bununla bir manatlıq dönərin satışını əngəlləyəcək.Məsələ barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, agentlik yarandığı gündən bu günədək təkcə qeyd edilən layihə çərçivəsində ictimai iaşə müəssisələri sayılan dönərxanalarla deyil, ümumilikdə tarladan süfrəyədək prinsipi əsasında qida zəncirinin bütün mərhələləri üzrə dövlət tənzimləməsini və dövlət nəzarətini həyata keçirir. Aparılan nəzarət və tənzimləmə tədbirləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində müvafiq tədbirlər görülür:

“Dönər biznesi ilə məşğul olan obyektlərin sağlamlaşdırılması” layihəsinin məqsədi nümunəvi ayaqüstü qidalanma biznes obyektlərinin müasir standartlara uyğun formaya gətirilməsinin təmin edilməsi, o cümlədən işçi personalın bilik və bacarıqlarının inkişaf etdirilməsi, qida təhlükəsizliyi nəzarət sisteminin qurulması istiqamətində təlimlərə cəlb edilməsi, sahibkarlara hüquqi, iqtisadi və mühasibatlıq dəstəyinin göstərilməsidir.

Layihə çərçivəsində dönər məhsullarının satış və qiymət siyasəti ilə bağlı məsələlərdə agentlik tərəfindən hər hansı bir müdaxilə həyata keçirilməyəcək. Bu sahibkarların müstəqil qərar verəcəyi məsələdir. Layihə icraçıları tərəfindən sahibkarlara biznesin təşkili və marketinq siyasəti ilə bağlı müvafiq təlimlər keçiriləcək”.

Son xəbərlər

Aİ ukraynalıların müvəqqəti müdafiəsini 2028-ci ilədək uzatmağı planlaşdırır

Bir neçə gün əvvəl qızıl medal qazanmışdı, vəfat etdi

Gəncə aeroportunun direktoru vəzifəsindən azad olundu

Ebola virusundan ölənlərin sayı artır

Rusiyanın keçmiş müdafiə naziri vəfat etdi

Məşhur müğənni öldü - FOTO

​Şəkidə evdən meyit tapıldı

ASA Qlobal təhsil şəbəkəsində: Fuad Hacıyevin rəhbərliyi ilə Avropada yeni addım

“Azərişıq” ASC Xaçmazın 20-dək kənd və qəsəbəsinin elektrik təsərrüfatını yeniləyir-VİDEO

Oqtay Şirəliyevin qohumu, qalmaqallı Bəhruz Şirəliyev işçi haqqı yeyir: “Zeytun Pharma”nın anbarında ETİRAZ

Ukraynanın hücumundan sonra Krımda fövqəladə vəziyyət elan edildi

Onun portreti 1.7 milyon dollara satıldı

Rusiya Ermənistana daha bir qadağa qoydu

Dünyanın ən dözümlü canlısı hesab olunan mikroskopik möcüzə

Güclü ordu – müstəqil dövlətin sarsılmaz təminatı

DİN: Ölkə üzrə 58 cinayət açılıb, 158 nəfər saxlanılıb

Azərbaycan Ordusundakı qadınların sayı açıqlandı

Nənə qızını və 4 nəvəsini öldürdü

Həbsxanalarda bu il 31 cütlük ailə qurdu

Ölkənin bir çox rayonlarında yağış və şimşək müşahidə olunub

Anar Bayramov daha üç xəstəxananın direktorunu işdən çıxardı

Zakir Həsənov Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

Azərbaycanın bəzi rayonlarında şimşək çaxır, yağış yağır - FAKTİKİ HAVA

Azərbaycan neftinin qiyməti kəskin artdı

Özbəkistanın Aİİ-yə üzvlüyü ciddiləşir- sırada Azərbaycan var?

“Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası keçirilib

Qızıl min illər boyu niyə paslanmır? - SƏBƏBİ

İstisuda dağlıq-meşəlik ərazidə itkin düşən 8 nəfər xilas edildi

Almaniya Ekvador millisinə uduzdu

Yaponiyada yenidən güclü zəlzələ oldu

Bütün xəbərlər