dunya
19.09.2020, 16:39
Əfqanıstanda partlayış törədilib, ölən və yaralılar var

Əfqanıstanın Bəlx vilayətində partlayış törədilib.
dogruxeber.tv-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, əyalətin polis idarəsinin sözçüsü Adilşah Adil bildirib ki, keçmiş polis rəisi Hacı Haşımxan Əhmədzadənin keçdiyi yolda bomba quraşdırılmış avtomobil partladılıb.
Hadisə nəticəsində bir nəfər ölüb, 8 nəfər yaralanıb. Partlayışa görə hələlik heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib.


