dunya
30.09.2020
Tixanovskaya kölgə hökuməti formalaşdırır

Belarus prezidentliyinə keçmiş namizəd Svetlana Tixanovskaya kölgə hökuməti formalaşdırmağa başlayıb.
dogruxeber.tv bildirir ki, bu barədə məlumatı Tixanovskaya öz Teleqram səhifəsində paylaşıb.
Tixanovskaya yeni hökumətdə hüquq müdafiəçisi Harri Poqonyayloya insan hüquqları üzrə nümayəndə, iqtisadçı Ales Alexnoviçə isə iqtisadi reformlar üzrə nümayəndə “vəzifəsi” verib.
Tixanovskaya həmçinin Belarus Prezidenti Aleksandr Lukaşenkonun artıq qeyri-legitim olduğunu deyib. O, ölkənin daha çox böhrana yüklənməməsi üçün fəaliyyətsiz oturmayacaqlarını bildirib.
(Axar.az)


