dunya
8.10.2020
67 milyon yaşı olan skelet 27, 5 milyona satıldı

ABŞ-ın Nyu York şəhərində 67 milyon illik tarixə malik dinozavr skeleti rekord qiymətə satılıb.
dogruxeber.tv Kult.az- istinadən xəbər verir ki, hərraca çıxarılan skelet 27,5 milyon dollar qarşılığında sahibinə təqdim olunub. Bildirilir ki, televiziyada canlı yayımlanan hərrac cəmi 10 dəqiqə çəkib.
11 metr 27 santimetr uzunluğundakı skeletin yeni sahibin adı açıqlanmayıb. Vergi və digər xərclər də daxil olmaqla sahibi bu bahalı skelet üçün 32 milyon dollarından keçməli olub.


