Mətbuat Şurası bəyanat yayıb












Azərbaycan Mətbuat Şurası beynəlxalq təşkilatlara və media qurumlarına bəyanat ünvanlayıb.

dogruxeber.tv məlumat verir ki, şuradan SİA-ya verilən məlumata görə, bəyanatda bildirilib:

“Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağa xaricdən jurnalist səfərləri Azərbaycan tərəfi ilə razılaşdırılmalıdır. Bununla bağlı konkret prosedur Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində akkreditasiyadır. Lakin təəssüf ki, bu tələb Şuşada kilsə ətrafında xəsarət almış rusiyalı media təmsilçiləri tərəfindən gözlənilməyib. Buna görə hadisədə məsuliyyət onları əraziyə dəvət edən Ermənistan hakimiyyətinin üzərinə düşür.

Azərbaycan Müdafiə Nazirliyi bəyan edib ki, Şuşadakı kilsənin zərər çəkməsinin Azərbaycan Ordusunun döyüş fəaliyyəti ilə heç bir əlaqəsi yoxdur. Belə olan halda jurnalistlərin həmin ərazidə olmalarının məntiqini ancaq Ermənistan tərəfində axtarmaq lazımdır. Heç bir şübhə yoxdur ki, kilsə kimi dini məkana dağıdıcı hücumun beynəlxalq ictimai rəydə doğuracağı mənfi reaksiyanı hesablayan Ermənistan dairələri orada jurnalistlərin zərər çəkmələrinin neqativ cəhətlərini də düşünüblər. Bu, ciddi təxribatdır, söz və ifadə azadlığı ilə manipulyasiyadır.

Azərbaycan Mətbuat Şurası dünyanın aparıcı beynəlxalq təşkilatlarına və media qurumlarına bir neçə gün əvvəl ünvanladığı müraciətində bildirmişdi ki, Ermənistan xarici jurnalistləri gərginlik zonalarına bilərəkdən yönləndirməklə məşğuldur. Biz bunun təhlükəli tendensiya olduğunu diqqətə çatdırmışıq. Cəbhə xəttinin Azərbaycan tərəfində olan jurnalistlərin qarşı tərəfdən atəşə tutulmaları faktı da onu göstərir ki, Ermənistan hərbçiləri üçün jurnalist həyatının heç bir əhəmiyyəti yoxdur, cəmiyyətin obyektiv informasiyalarla təminatı prinsipi onların marağında deyil.

Azərbaycan Mətbuat Şurası bir daha xarici ölkə jurnalistlərinə müraciət edərək onları Ermənistanın terrorçuların və ekstremistlərin məkanına çevirdiyi işğal edilmiş Azərbaycan ərazilərinə qeyri-qanuni səfərlərdən daşınmağa çağırır. Şura həmçinin Şuşada xəsarət almış rusiyalı media təmsilçilərinin tezliklə sağalmalarını və peşə fəaliyyətlərini davam etdirməyi arzulayır.

Oxunub: 607

Son xəbərlər

Hikmət Mirzəyev türkiyəli həmkarı ilə hərbi əməkdaşlığı müzakirə edib

Aİ-nin uzunmüddətli büdcəsinin 2 trilyon avroya qədər artırılması təklif edilib

Mirzoyan Parisdə Azərbaycanla sülh prosesi və regional layihələr barədə danışıb

UEFA-nın dəstəyi ilə Bakıda uşaq hüquqlarının qorunmasına dair tədbir təşkil olunub

BƏƏ OPEC-dən və OPEC+ sazişindən çıxır

Xanabad və Təzəbinədə torpaqların əkin məqsədli istifadəsi üçün müraciətlərin qəbulu başlayır

Ağcabədidə avtomobil piyadanı vuraraq öldürüb

Braziliyada "Azərbaycan Mədəniyyət Günü" adlı tədbir keçirilib

İran hökumətinin etiraz qorxusu: Təcili toplantı keçirildi

İlham Əliyev onları təltif etdi

İsveçrənin bu addımı Ciorca Melonini qəzəbləndirdi

Aprel çağırışının gedişatı müzakirə olundu

Yol polisi əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət etdi

Sabah hava yağıntılı olacaq

ABŞ ağır zərbə PUA-larından imtina edir

Keşlədə sökülmüş yaşayış evinin sakinlərinə maddi yardım ödəniləcək

"İdrak" liseyində güllələnən müəllim işdən çıxdı

Dəniz səviyyəsi artır, torpaq çökür - Çinin sahil şəhərləri üçün yeni təhlükə

Bakının 4 rayonunda istinad divarları TİKİLƏCƏK-SƏRƏNCAM

Azərbaycan millisi dünya reytinqində birinci oldu

Donald Trumpa qarşı sui-qəsd cəhdinin detalları ortaya çıxdı

Medina "Qarabağ"da 200-ə çatdı

Energetika Nazirliyinin press-reliz tenderi ləğv edildi: Səbəb açıqlanmadı

Azərbaycanda “Kərimə dövlət” qurmaq istəyənlərdən biri öldürüldü

Zelenski Qəbələdən sonra İrəvana gedəcək

Gürcü futbolçu Azərbaycan Premyer Liqasında 60-cı qolunu vurdu

Bu maşın markasının satışı ARTIR- YENİ REKORD

Bakı-Praqa iqtisadi əlaqələrində yeni mərhələ: Azərbaycan Çexiya bazarında nə satır?

Azərbaycan universitetlərində dərslər bu tarixdə yekunlaşacaq

Vətəndaşların dövlət qurumlarına müraciətlərinə EHİS üzərindən də baxılacaq

Bütün xəbərlər