hadise
10.10.2020
Ağsu aşırımından avtomobil aşıb, xəsarət alanlar var

Ağsu dolaylarında yol-nəqliyyat hadisəsi baş verib.
dogruxeber.tv bildirir ki, Ağsu rayon sakini, 1984-cü il təvəllüdlü Ələkbərov Təbriz Sabir oğlu "VAZ-2107" markalı minik avtomobili ilə Ağsu aşırımında hərəkətdə olarkən idarəetməni itirib, avtomobil yoldan çıxaraq aşıb. Hadisə zamanı sürücü T. Ələkbərov və sərnişini, Ağsu sakini, 1984-cü il təvəllüdlü Nağıyev Rafael Ağazər oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ağsu rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı Ağsu rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
(Apa.az)


